Netanyahu niyə həbs olunmadı? Seçki vədi hüquqi divara çırpıldı!
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Netanyahu niyə həbs olunmadı? Seçki vədi hüquqi divara çırpıldı!
Gunaz.tv-nin məlumatına görə, Nyu-York meri Zəhran Məmdani Benyamin Netanyahunu Nyu-Yorka səfər edəcəyi təqdirdə həbs etdirəcəyinə dair seçki vədinin ətrafında yaranan müzakirələrdən sonra etiraf edib ki, şəhər rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) çıxardığı həbs qərarını icra etmək üçün müstəqil hüquqi səlahiyyəti yoxdur.
Hadisə necə başladı?
Seçki kampaniyası dövründə sol mövqeyi və İsrailə qarşı Boykot, İnvestisiyaların Geri Çəkilməsi və Sanksiyalar (BDS) hərəkatına dəstəyi ilə tanınan Məmdani bildirmişdi ki, Benyamin Netanyahu Nyu-Yorka gəlsə, Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı həbs qərarının icrası üçün tədbir görəcək. O, həmin vaxt Netanyahunu “müharibə cinayətkarı” adlandırmışdı.
Bu mövqe Nyu-Yorkda fələstinpərəst seçicilər və sol siyasi dairələr tərəfindən dəstəklənmiş, onun seçki kampaniyasının ən çox müzakirə olunan vədlərindən birinə çevrilmişdi.
Niyə bu vəd həyata keçirilə bilmədi?
Seçkidən sonra meriyanın hüquqşünasları məsələni araşdırıblar. Araşdırmanın nəticəsində məlum olub ki, nə Nyu-York meriyası, nə də şəhər polisi Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını icra etmək üçün müstəqil hüquqi səlahiyyətə malikdir.
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və belə qərarların icrası yalnız federal hökumətin qərarı çərçivəsində nəzərdən keçirilə bilər. Bundan əlavə, xarici dövlət rəhbərlərinin toxunulmazlığı, federal qanunvericilik və BMT qarşısındakı öhdəliklər də bu məsələdə əsas hüquqi maneələr hesab olunur.
Məmdaninin geri addımı
Məmdani "X" sosial şəbəkəsində yayımladığı videoda Netanyahunun onun "cinayətləri" adlandırdığı əməllərə görə həbs olunmalı və mühakimə edilməli olduğunu bir daha təkrarlasa da, Nyu-Yorkun Beynəlxalq Cinayət Məhkəməsinin qərarını təkbaşına icra etmək səlahiyyətinin olmadığını etiraf edib.
O bildirib: “Daha əvvəl də dediyim kimi, Beynəlxalq Cinayət Məhkəməsinin Benyamin Netanyahunun törətdiyi cinayətlərə görə həbs edilməli və mühakimə olunmalı olduğu qənaətini dəstəkləyirəm. Məhkəmənin ittiham etdiyi hər hansı digər şəxs barədə də eyni mövqedəyəm.”
Məmdani əlavə edib ki, bütün hüquqi imkanlar araşdırılıb, lakin artıq aydın olub ki, şəhərin bu qərarı müstəqil şəkildə icra etmək səlahiyyəti yoxdur. O, federal hökuməti Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa və Netanyahu barədə çıxarılmış həbs qərarını icra etməyə çağırıb.
Bununla yanaşı, Nyu-York meri siyasi mövqeyini dəyişmədiyini vurğulayaraq bildirib ki, Netanyahu bu şəhərdə “xoş qarşılanmayacaq”.
O deyib: “Açıq deyim ki, Benyamin Netanyahunu və azad şəkildə dolaşan heç bir müharibə cinayətkarını Nyu-York şəhərində alqışlamırıq.”
Tramp administrasiyasının mövqeyi
Bundan əvvəl Donald Tramp açıq şəkildə bəyan etmişdi ki, Benyamin Netanyahu “heç bir şəkildə və heç bir formada” ABŞ-də həbs olunmayacaq.
Bu mövqe Vaşinqtonun Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmamaq və İsraili dəstəkləmək siyasəti ilə üst-üstə düşür və elə əvvəldən Nyu-York merinin seçki vədinin həyata keçməsi ehtimalını xeyli zəiflətmişdi.
Məmdaninin son açıqlamaları göstərir ki, onun seçki dövründə verdiyi vəd praktik icra imkanından daha çox siyasi mövqe xarakteri daşıyırmış. O, Netanyahuya qarşı tənqidi mövqeyini qorusa da, həbs qərarının icrası məsuliyyətini federal hökumətin üzərinə qoyaraq, Nyu-York meriyasının belə bir addım atmaq üçün hüquqi səlahiyyətə malik olmadığını qəbul edib.
GunAz TV
R.G
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib