Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
İranlılar dünyanın ən irqçi xalqıdır- London Kral Kolleci
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub- Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Ankara Qafqaz problemlərinə cavab tapmaq məcburiyyəti qarşısındadır Türkiyənin Ermənistanla yaxınlaşma və münasibətləri normallaşdırma niyyəti Azərbaycan ictimai fikrində aparıcı mövzu olaraq qalmaqdadır. Ankara yenə də bu barədə sonadək açıq danışmır, ədalət naminə, danışmağa heç borclu da deyil. Bizim tərəfdə isə "ortada xain bir proje var" iddiasına meydan vermək cəhdləri özünü hiss etdirir. Baş nazir Rəcəb Tayyip Ərdoğan mediaya son açıqlamasında yenə də dedi ki, Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarına zidd addım atmayacaq, Azərbaycanla paralel siyasət yürüdəcəyik. "Bu günə qədər belə olub, bundan sonra da belə olacaq, bu yoldan sapma ola bilməz", - baş nazir belə deyib. Fəqət bu sözləri Ermənistanla münasibətləri normallaşdırıb da söyləmək olardı, necə ki, Ermənistanla yaxşı münasibətlərdə olan İran azı 20 ildir buna bənzər sözləri hər imkan düşdükcə söyləyə bilir. Ankaranın İrəvanla münasibətləri yeni səviyyəyə qaldırma niyyəti konkret və qətidir - buna şübhə yeri qalmır. ABŞ da bunu istəyir və Hillari Klintonun Ankara səfərində bu mövzunun gündəmdə olacağı şəksizdir. Bəlli olur ki, Türkiyə nəinki Ermənistanla münasibətlərini normallaşdıracaq, hətta PKK ilə hansısa bir anlaşmaya varacağı da istisna deyildir. Yəni Türkiyə onun əl-ayağına dolaşan bu kimi məsələləri nə biçimdəsə çözməkdə radikal yol tutduğunun siqnallarını verməkdədir. İngiltərənin "The Economist" dərgisinin yazdığına görə, Türkiyə ilə Ermənistan arasında sərhədin martın sonlarındakı bələdiyyə seçkilərindən və 24 apreldə "erməni soyqırımı"nın ildönümü erməni çevrələr tərəfindən qeyd edildikdən sonra açılacağı gözlənilir. Dərginin gümanına görə, sərhədin açılması həmin 1915-ci il olaylarını soyqırım olaraq dəyərləndirən bir qətnamənin ABŞ konqresindən keçməsini əngəlləyə bilər. Qeyd edək ki, belə bir qətnamənin hazır olduğu və lazımi anda axına qoyulacağı barədə xəbərlər dolaşmaqdadır. Məsələ deyəsən ciddidir və Davos insidentindən sonra Türkiyə və İsrail arasında hansısa gizli bir danışıqların getdiyi də bəlli olmuşdur. Bu danışıqlarda ABŞ-ın nüfuzlu yəhudi lobbisinin hər zaman Türkiyə üçün gərəkli olmuş dəstəyinin saxlanmasının da müzakirə olunan mövzular sırasında yer aldığı ehtimallardan kənarda tutulmur. GEOSTRATEJİ RAKURS Çox böyük sürətlə inkişaf edən və dəyişən yeni dünya hadisələrində Türkiyəyə əvvəllər həvalə olunanlardan da böyük rol ayrıldığı tez-tez qeyd olunur. Qərb burada Türkiyəsiz addım atmağın mümkünsüz olduğunun və Türkiyənin çox yaxın bir zamanda böyük bir gücə çevrilməyi bacaracağının fərqindədir. Bu günlərdə dünyanın məşhur geostratejist mütəxəssisi Corc Fridman bu mövzuda diqqəti çəkən fikirlər söyləmişdi: "Türkiyə istəməsə də böyük güc, böyük bir oyunçu olacaqdır". O deyib ki, "siz bu bölgəni şəkilləndirə biləcək, amma bunu istəməyən bir gücsünüz. Amma artıq bu vəziyyətə müqavimət göstərmək gücündə deyilsiniz". Başqa sözlə, Türkiyə özünün böyük güc rolunu oynamağa məhkumdur və bu yolda hərəkət edəcəkdir. Fridman göstərib ki, iqtisadi və geosiyasi rakursdan 2008-ci il Türkiyə üçün dönüş nöqtəsi idi, qlobal böhrandan maliyyə öhdəlikləri iqtisadiyyatlarının həcmindən böyük olan ölkələr itirəcəklər, Türkiyənin isə borcu varsa da, mal varlığını nağda çevirmək imkanı da var, üstəlik onun bank sistemi Avropa ölkələrindəki ilə müqayisədə daha güclüdür. Fridman deyib ki, Avropa Birliyinin bu günə qədər haraya getdiyini anlaya bilmir, bu ölkələr dünya böhranı ilə bağlı bir araya toplandılar, lakin ortaq bir plan tutmağı rədd etdilər. Odur ki, Fridman Türkiyə üçün NATO üzvlüyünün ona bəs etdiyi bir halda, nə üçün AB üzvü də olmaq istədiyini başa düşmədiyini söyləyir. O hesab edir ki, Türkiyə AB üzvü olsaydı, indiki iqtisadi uğurlarına nail ola bilməyəcəkdi. Fridman bu üzvlüyün faydasını görmür, deyir ki, bütün ölkələr kimi təkbaşına qalmış olan Türkiyə indiki dünya maliyyə böhranından daha güclü çıxacaqdır. Fridmanın nəzərində Türkiyə dünyanın 17-ci iqtisadi gücüdür, böyük bir iqtisadiyyatı və çox önəmli hərbi qüdrəti var, ölkə daxilində "layiq-dinçi" mücadiləsi istisna olmaqla, milli birlik mövcuddur. Türkiyə qeyri-sabit bir bölgədə sabitlik adasıdır, fövqəladə ticari gücü var və onun ticari əlaqələri genişlənməkdədir, onun nüfuzuna güvənilir, ona etimad bəslənir. Corc Fridman onu da qeyd edib ki, Türkiyə bizim günlərdə dörd sahədə fəaldır: Ərəb bölgəsi, Quzey Afrika, Balkanlar və Qafqaz. Bu dörd sahədə Türkiyə hadisələrin içərisindədir. O vurğulayıb ki, bu dörd bölgədə Türkiyənin və ABŞ-ın qarşılıqlı mənafeləri mövcuddur. Özü də ABŞ bölgədən çəkiləcək və bir daha macəralara girməyəcəkdir. Türkiyənin "arxa bağçası" olan bu sözügedən bölgələrin ondan hər baxımdan qat-qat zəif olduqları da qeyd edilir. Son gəlinən nəticələrə görə, qarşıdakı 40 ildə ABŞ dünyanın ən böyük gücü olacaq, Rusiya çökəcək, Çin isə öz böyüməsinin sərhədlərinə çatmışdır. Bu dönəmdə dünya səhnəsinə yeni güclər çıxacaq. Bunlardan biri mükəmməl iqtisadiyyatı olan Yaponiya, digəri Almaniya və Rusiya arasında yer alan və onların bir araya gəlməsini dayandıra biləcək Polşadır. Artıq öz dinamizmini itirən Almaniya və Fransanın müqabilində Polşa Avropada yeni bir güc kimi ortaya çıxacaq. Başqa bir ölkə isə hazırda artıq iqtisadi güc halına gəlmiş və qarşıdakı 30-40 ildə daha da güclənəcək Türkiyədir. Fridman deyir ki, Türkiyə ətraf ölkələrdə, o cümlədən Qafqazdakı problemlərə cavab tapmağa məcburdur. ANKARA İQTİSADİ QÜDRƏTİNİ HİSS EDİR Türkiyə neçə aydan bəri davam edən qlobal iqtisadi böhranın gedişində ayağını yerə bərk dirədi və çalxantılara məruz qalmadı. Baş nazir Ərdoğan "The Economist" dərgisinə açıqlamasında belə bir fikir söyləyib ki, onun ölkəsi BVF-in dəstəyi olmadan belə ayaqüstə dayanmağa, problemlərini keçib getməyə qadirdir. İşsizliyin artmasına və lirənin dollar qarşısında dəyərini müəyyən qədər itirməsinə (bu proses davam edir) baxmayaraq, bir türk bankının belə iflasa uğramadığı bunun əlaməti olaraq göstərilir. Türkiyənin Güney Qafqazdakı fəallığının iqtisadi zəmini maraqlı bir mənzərə sərgiləyir. Müqayisə edək: Hazırda Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 2,5 milyard dollar həddinə gəlib. Baş nazir Ərdoğan son günlər Batumidə olarkən belə bir rəqəm səsləndirildi ki, Türkiyə və Gürcüstan arasında mal dövriyyəsi yaxın perspektivdə 5 milyard dollar həddinə çatmalıdır. Ermənistanla mal dövriyyəsinin həcmi keçən il 185 milyon dollar həddində olduğu bildirilirdi. Belə bir rəqəm də mövcuddur ki, təkcə keçən il Gürcüstan ərazisi ilə Türkiyədən Ermənistana 11 min iri avtomobil keçmişdir. Belə hesab etmək olar ki, Ermənistan və Türkiyə arasında mal dövriyyəsinin 185 milyon dollarlıq həcmi gerçəyi əks etdirmir. Müqayisə üçün: bölgəmizdə önəmli oyunçu sayılan Rusiyanın müvafiq rəqəmləri bunlardan çox geridə qalır, halbuki Moskva Güney Qafqazda praqmatik siyasət yürütmüş olsaydı, rəqəmlər bunun tamam əksi ola bilərdi. Qərb və Türkiyə bunun fərqindədir ki, Gürcüstan və Rusiyanın münasibətləri kəsildikdən sonra Ermənistanla Rusiyanın da iqtisadi əlaqələri buna paralel olaraq göz görəsi zəifləmişdir. Bunun əlaməti olaraq Gürcüstanın Poti limanı və RF-in Kavkaz limanı arasında (Ukraynanın İliçevsk limanının vasitəçiliyi ilə) yükdaşımaların həcminin keçən 2008-ci illə müqayisədə bu ilin yanvar-fevral aylarında beş dəfə azalmış olması göstərilə bilər. İndiyə qədər gəmi-bərə ilə aparılan hər vaqona tarif 3800 dollar idi, vəziyyətin belə bir xoşagəlməz şəkil aldığını görüb gəmi-bərənin operatorları tarifi 400 dollar azaldıblar və bu qərar martın 1-dən qüvvədədir. Bərəyə yüklənən vaqonlar yarımboş vəziyyətdədir, iqtisadi böhran üzündən Rusiya ixracı azaldıb, Ermənistandan Rusiyaya göndərilən malların həcmi isə onsuz da az olurdu. Ermənistanın başlıca ticarət arteriyasının bu vəziyyəti onun nə dərəcədə çıxılmaz vəziyyətdə olmasından xəbər verir və belə bir şəraitdə milli valyuta dramın fəlakətli vəziyyətə düşməsi anlaşılandır. Belə hesab etmək olar ki, Türkiyə Ermənistan bazarında Rusiyanın yerini tutmaq fürsətini itirmək istəmir. Bizim hesabımıza görə, Qərb bununla Ermənistanı Türkiyənin praktik köməyi ilə Rusiyanın iqtisadi caynağından qoparmaq və bununla da Rusiyanın bölgədəki mövcudiyyətini xeyli zəiflətmək istəyir. Təbii ki, Türkiyə də iqtisadi və siyasi faydalar götürəcəyinin fərqindədir və bundan imtina etmək istəmir. Yəni bu, siyasətdir - Rusiya öz vaxtında Ermənistana təsir edərək qoşunlarını geri çəkməsi müqabilində Azərbaycandan dəmiryolun açılmasına nail olmadığının indi iqtisadi ziyanını yaşamalı olur və bu ziyanla barışmalı olacaqdır. QARABAĞDAN ÇƏKİLMƏYƏ MƏHKUMLUQ VƏ BUNUN VAHİMƏSİ Bütün hallarda Ermənistan Qarabağdan çəkilməyə məhkumdur, onun başqa yolu yoxdur, lakin bu onlar üçün ən ağır və ən düşündürücü məsələdir. Məsələn, erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan belə bir fikir söylədi ki, "sərhədlərin açılması müqabilində Ermənistan Dağlıq Qarabağı verməyəcək". Belə görünür, İsgəndəryan unudur ki, Ermənistan iqtisadi qüdrət sahibi deyil, güclü ordusu və əhali potensialı yoxdur. O, iddia edib ki, Dağlıq Qarabağdan çəkilmə türk-erməni danışıqlarında şərt deyil, real rejimdə qalan yalnız soyqırım məsələsidir. Lakin o da var ki, soyqırım mövzusu tək Ermənistandan asılı deyil, bu mövzuda söz sahibi rəsmi İrəvandan daha çox diaspordur. Belə çıxır ki, aparılan danışıqlarda Türkiyənin ümumiyyətlə şərti yoxdur (?). Amma nəsə olmamış deyil. Nə? Ermənistan tərəfini ən çox qorxudan odur ki, Azərbaycan günün birində dözməyib, qoşunlarını hərəkətə gətirə və ruh düşkünlüyü içərisində olan Ermənistan qüvvələri döyüşsüz Qarabağdan baş götürüb Gorus istiqamətində geriyə qaça bilər. Onlar bizim auditoriyaya daim aşılamaq istədikləri fikir bundan ibarət idi ki, yeni Qarabağ müharibəsi Azərbaycan üçün pis qurtara bilər və indiyədək Abxaziya və Cənubi Osetiya əhvalatını misal göstərirdilər. İndi bu tezis unudulmuş kimidir. İndi isə tamam başqa tezis ortaya atılır. Məsələn, politoloq Karine Qevorqyan belə bir "proqnoz" verir ki, yeni Qarabağ müharibəsi az qala bütün dünyanı bir-birinə qarışdıracaq, bir çox ölkələrdə vəziyyət məcrasından çıxacaq, bu müharibədə regional qaliblər olmayacaq, tənzim formatı isə köklü surətdə dəyişikliyə uğrayacaqdır. MOSKVA İRƏVANDA HAKİMİYYƏTİ DƏYİŞƏ BİLƏRMİ? Bu yerdə yenə qarşıya ənənəvi suallar çıxır: Moskva İrəvanda hakimiyyəti bu dəfə də dəyişmək variantına əl atacaqmı? Bu variant mümkün görünür. Ermənistan son günlər bərk çalxalandı. Dramın ucuzlaşması ilə ölkədə gərgin günlər yaşandı. Müxalifət paytaxt İrəvanda Serj Sarqsyan iqtidarını bərk qorxudan çoxminli aksiya keçirdi. Bütün bunların Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması fonunda baş verməsi, hər halda, düşündürücüdür. Belə güman etmək olar ki, bu hadisələrin arxasında dayanan qüvvə Ermənistan ətrafında cərəyan edən proseslərin onun üçün əlverişsiz istiqamətdə getdiyini duyan Moskvadır. Artıq müxalifətin lideri, Moskva ilə sıx münasibətləri olan Levon Ter-Petrosyan Serj Sarqsyana ultimatum verib. Onların siyasi tələbləri yerinə yetirilməsə, prezidentin impiçmenti gündəmə gətiriləcək... Baş nazir Tiqran Sarkisyanın da Moskvaya sərf edən siyasətçi olduğu barədə fikirlər dolaşır. Bizə görə, Moskvanın İrəvanda bu arada hakimiyyəti dəyişməsi - öz əlaltılarından kimlərisə qovub, yerinə kimlərisə gətirməsi Ermənistanın düşdüyü vəziyyəti dəyişmək iqtidarında olmayacaq. Bu, sadəcə, müvəqqəti effektə malik bir fors-major hadisə olacaq. İsmayıl UMUDLU
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi