Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
İranlılar dünyanın ən irqçi xalqıdır- London Kral Kolleci
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub- Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Diaspor üzvləri "kosmopolit yaxud rusofil mühitdə yetişənlər"in bu kimi məsələləri anlamadıqlarını təbii sayırlar Artıq məlumat verildiyi kimi, bu ilin mayında "Eurovision-2009" mahnı yarışması keçiriləcək. Həmin müsabiqədə ölkəmizi təmsil edəcək mahnının müəllifi Araş Labbafla bağlı müzakirələr davam etməkdədir. Təbii ki, Azərbaycanı sevən bütün insanlar - buranı özü üçün vətən bilən və çeşidli səviyyələrdə onun təəssübünü çəkənlər ölkəmizin uğur qazanmasını istəyir, bu yolda fəaliyyət göstərirlər. Onlara uğurlar arzulayırıq. Amma şəffaflıq olmayan məsələlərdə həmişə bir "amma" olur. Görünür, mahnının seçimi ilə bağlı məsələ də müəyyən "amma"lar yaradıb... Yarışın qaydalarına əsasən, ölkəmizin vətəndaşları öz təmsilçimizə səs verə bilmədiyindən bu işin müəyyən bir hissəsi diaspor təşkilatlarının, eləcə də mühacirətdəki güneyli-quzeyli azərbaycanlıların üzərinə düşür. Heç kimə o da sirr deyil ki, say etibarilə güneyli mühacirlər üstünlük təşkil edirlər. Milli-mədəni məsələlərdə onlar daha fəal olduqlarından bu yarışmada Araş Labbafın mahnısının oxunması güneyli soydaşlarımızın haqlı narahatlığına səbəb olub. Çünki həmin insanlar fars şovinizminin mahiyyətini, habelə mədəniyyət məsələlərindən belə qüvvələrin necə yararlandıqlarını daha yaxşı anlayır. Axı 35 milyonluq Güney Azərbaycan türkünə məhz bu sahədə daha çox basqı edilir. Araş barəsində isə az qala hər gün yeni məlumatlar, rəylər yayılır. Kanadanın Vankuver şəhərində yaşayan Hilal adlı soydaşımızın yazısı da bu barədədir. Hilal yazır: "Adam burnunu hər yerə soxmaq istəmir. Bilməyən deyə bilər ki, bunların işi-gücü yoxdur, oturub vaxtlarını öldürmək üçün onu-bunu qurdalayırlar. Belələrinə demək istəyirik ki, işlər yolunda olsaydı, bizlər də bütün işlərimizdən əl çəkib bizə dəxli olmayan işlərlə məşğul olmazdıq. Azərbaycanın "Eurovision" mahnı yarışmasına qatılması Vətənimizin tanıdılması baxımından hamımızı, özəlliklə biz güneyliləri çox sevindirmişdi. Doğrusu, yarışmanın getdikcə siyasi cəhətdən yüklənməsi müstəmləkədən qurtulmuş ölkələrə özlərini tanıtdırmaqda bir güvənc yeridir. Quzey Azərbaycanda məsul vəzifə tutan kosmopolit yaxud rusofil mühitdə yetişənlər bu kimi məsələlərin dərinliyini anlamaya bilər. Amma işğalçılığa, assimilyasiyaya, müstəmləkəyə qarşı müqavimət göstərən, "fars", "iranlı" adı altında əzilən biz güneylilər belə mövzulara daha həssasıq. Bu gün fars şovinizmi Azərbaycan türkü kimi bizim milli varlığımızı danır, bütün vasitələrdən yararlanaraq bizə qarşı savaşır, bizləri yox etməyə çalışır. Biz isə buna qarşı dayanır, panfarsizmin filmlərini, qəzetini, kitabını, sözünü, ad-sanını, dilini, bir sözlə, hər şeyini bu şovinizmin silahı qismində görürük. Vətənimiz Azərbaycan beynəlxalq səviyyəli istənilən tədbirə qatılanda bundan təsirlənən Güney Azərbaycan türkü əzilmiş, tapdanmış psixologiyası ilə belə məsələləri dəyərləndirir, uşaq kimi sevinir, uğursuzluğa üzülür. Builki "Eurovision"da vətənimiz adından bir fars çıxış edəcək. Biz fransız, alman, italyan və s. olsaydıq, ölkəmizin adından yadelli birisi çıxış edərkən buna qarşı çıxmazdıq. Ancaq biz Azərbaycan türküyük, panfarsistlər isə millətimizin düşmənidir... Araşın adını indiyə qədər eşitməmişdim. Ancaq sonra öyrəndim ki, rusdilli çevrələrdə özünə ad-san qazanıb. Bu səbəbdən də deyirlər ki, o, uğur qazanacaq. Bu bir alverçi düşüncəsidir. Farsların parlayan ulduzuna göz tikmək bizlərə yaraşmaz. Qoyun getsin farslara, ya da çörəyini yeyib pasportunu daşıdığı isveçlilərə uğur qazandırsın. Onun özünə "fars, fars" deməsini nəzərə almayanlar Araşdan azərbaycanlı, güneyli yaratmağa çalışırlar". Müəllif yazır ki, Araş Labbaf İsfahanın Əhmədabad məhəlləsində məskunlaşmış məşhur Labbaf tayfasındandır. "Tehran rejiminə müxalif Xalq Mücahidləri Təşkilatının üzvü, şah dönəmində öldürülümüş Səməd Labbaf da bu tayfa-tirədən idi. Araş farsdır. Özü də bunu qürurla söyləyir. Onun saytında belə də yazılıb: "Araş "Eurovision-2009" yarışmasına öz damğasını bir fars olaraq vuracaq. Aysel Araşın doğma yurdu İranın qonşusu olan Azərbaycandandır". Bunları gileylə yazan kanadalı mühacir soydaşımız bildirir ki, yarışmada İran adının ağırlıq basması indidən duyulur. Diaspor təşkilatlarının ehtiyat etdiyi başqa bir hal isə yarışmada Araşın İran İslam Respublikasının bayrağını qaldıracağı ehtimalıdır. Ötən gün Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi, Britaniya Azərbaycanlılar Kültür Ocağı, Britaniya Güney Azərbaycanlılar Təşkilatı Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanova müraciət göndərib. Orada bildirilib: "2009-cu ilin mayında "Eurovision" musiqi yarışmasında Azərbaycanın iştirakı 50 milyonluq Azərbaycan, özəlliklə Güney Azərbaycan üçün birləşdirici amil kimidir. Azərbaycanın səsinin dünya səviyyəsində eşidilməsi bizi qürurlandırır. Fikrimizcə, bu təşəbbüsə toxunmaq Azərbaycanda gedən birləşdirici qüvvəyə toxunmaq deməkdir. Təəssüf ki, bu il Azərbaycanın çıxışı düşündürücü əlamətlər ortaya çıxarıb. Biz, Güneydən olan diaspor qurumları tərəfindən narahatlığımızı sizin hüzurunuza çatdırmaq istərdik... Biz Aysel xanımın təmsilçiliyi ilə bir halda qürur duyarıq ki, o da onun oxuyacağı mahnının sözlərinin Azərbaycan dilində, bəstəkarın və ansambl üzvlərinin azərbaycanlı olmasıdır. Azərbaycana zəfər qazandırmaq üçün belə çatışmazlığa göz yummağı məqsədəuyğun saymırıq". Müəlliflər müraciətdə Araş Labbafın çıxışını məqbul saymır, bunu "Azərbaycanın milli heysiyyətinə toxunmaq" kimi dəyərləndirir, bu yöndə "xətaya yol veriləcəyi"ndən ehtiyatlandıqlarını bəyan edirlər. Diaspor qurumlarının təmsilçiləri Araşın "ultrairançı, farsçı" olduğunu səfirin diqqətinə çatdıraraq vurğulayırlar: "50 milyonluq Azərbaycan türkü, Azərbaycan dövləti adından çıxış şərəfinə layiq olan iştirakçı məhz Azərbaycan bayrağına bürünməlidir. Biz əminik ki, Araş İran bayrağına bürünmüş bir fərddir. O, Güney Azərbaycana və ya Azərbaycan diasporuna bağlı deyil. Bu yarışmada Azərbaycanla bağlı sınaqdan çıxmamış fərdlərin bu şərəfə nail olmasına imkan vermək təhlükəlidir... İctimai Televiziyanın rəhbərliyi və yaradıcı heyətinin verilişlərindəki vətənsevərlik diqqətəlayiqdir. Ancaq onların İranın ultrairqçi fərdlərinin Güney Azərbaycan adından Quzeydə "saman altından su yeritmək" niyyətindən xəbərsiz olması bizi təəssüfləndirir. Ümid edirik ki, bizi düşündürən səbəbləri nəzərə alıb İctimai Televiziyadan bu məsələlərlə bağlı təminat tələb edəsiniz. Bu təminatın elan olunmasına da şərait yaratmanızı xahiş edirik. Şəhriyar demişkən, "Sonrakı əfsus bərə bitirməz". Bu ciddi təhlükənin aradan qaldırılması üçün atacağınız addımlara görə öncədən təşəkkür edirik". Qeyd edək ki, məşhur bəstəkar Eldar Mansurov sözügedən məsələ ilə bağlı "Day.az"a müsahibəsində deyib: "Mən idmanda olduğu kimi, musiqidə də "legioner"lərin xidmətindən istifadə edilməsinin qatı əleyhinəyəm. Bizim kifayət qədər yaxşı bəstəkarlarımız olduğu halda, "legioner"lərə nə ehtiyac var? Onda gəlin Aysel Teymurzadənin yerinə Britni Spirsi götürək də... Yaxud Tom Consun xidmətlərindən yararlanaq. Belə çıxır ki, biz, sadəcə, bu qızın bacarığına əmin deyilik". S.SƏDRƏDDİN
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi