SON XƏBƏRLƏR

İran parlamenti Hörmüz boğazına nəzarəti gücləndirəcək 12 qanun layihəsini nəzərdən keçirir

2026.07.25, 14:06
İran parlamenti Hörmüz boğazına nəzarəti gücləndirəcək 12 qanun layihəsini nəzərdən keçirir

İran parlamenti Hörmüz boğazı üzərində strateji nəzarətin gücləndirilməsinə yönəlmiş 12 qanun layihəsini baxılması üçün parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasına göndərib.

Gunaz.tv

Bu barədə şənbə günü parlamentin sözçüsü məlumat verib.

Parlament sözçüsü Abbas Qudərzi Tabnak xəbər portalına bildirib ki, dəniz zonaları ilə bağlı qanunvericiliyin yenilənməsini də əhatə edən bu layihələr cari həftə ərzində vahid qanun layihəsində birləşdiriləcək, daha sonra isə parlamentin plenar iclasında səsverməyə çıxarılacaq.

Onun sözlərinə görə, qanun layihəsinin ayrı-ayrı hissələri hazırda parlamentin Hüquq, Mülki məsələlərİqtisadiyyat komitələri tərəfindən də nəzərdən keçirilir. Bu çərçivədə dəniz naviqasiyası qaydaları, birgə maliyyə fondlarının yaradılmasıqanunun tələblərinə əməl etməyənlər üçün hüquqi sanksiyalar kimi məsələlər müzakirə olunur.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar