SON XƏBƏRLƏR

Ukrayna Xəzər dənizində gəmiləri vurdu

2026.07.25, 16:04
Ukrayna Xəzər dənizində gəmiləri vurdu

Gunaz.tv

Ukrayna Rusiyanın Xəzər dənizi vasitəsilə İrana göndərmək istədiyi hərbi yüklərin daşındığı gəmilərin vurulduğunu açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün şənbə, bildirib ki, Ukrayna qüvvələri Xəzər dənizində Rusiyaya məxsus bir hərbi gəmini, eləcə də İranla əlaqəli hərbi yüklərin daşınmasında istifadə olunan gəmiləri hədəfə alıb.

Zelenski X sosial şəbəkəsində yazıb: “Biz Xəzər dənizində həyata keçirdiyimiz uzaqmənzilli zərbələrlə də çox mühüm nəticələr əldə etdik. O cümlədən İranla əlaqəli hərbi yüklərin daşınmasında istifadə olunan gəmiləri hədəfə aldıq.”

Ukrayna Prezidenti əməliyyat nəticəsində dəyən zərərin miqyası, hədəfə alınan gəmilərin sayı və ya əməliyyatın necə həyata keçirildiyi barədə əlavə məlumat verməyib. Bununla belə, onun açıqlaması Ukraynanın uzaqmənzilli əməliyyatlarının Xəzər dənizinə qədər genişləndiyini və İranla əlaqəli hərbi yüklərin daşındığı marşrutların hədəfə alındığını göstərir.

Bu hücumlar müstəqil mənbələr tərəfindən təsdiqlənərsə, hadisə Rusiya-Ukrayna müharibəsinin gedişinə, eləcə də Moskva ilə İran arasında hərbi əməkdaşlığa yeni təsirlər göstərə bilər.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar