SON XƏBƏRLƏR

Xəzər dənizində hücum; itkiləri təsdiqləndi

2026.07.26, 08:40
Xəzər dənizində hücum; itkiləri təsdiqləndi

Xəzərdə gərginlik yeni mərhələyə keçdi. İran Xəzərdə insan itkilərini təsdiqlədi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücumu nəticəsində 1 nəfərin həlak olduğunu, 1 nəfərin isə yaralandığını açıqlayıb.

İran Xarici İşlər Nazirliyi bu hücumu “təcavüzkar addım” adlandırıb. Ukrayna isə hədəfə alınan gəmilərin İranla əlaqəli hərbi yüklərin daşınmasında istifadə olunduğunu bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığında hücumu qətiyyətlə pisləyib. O, BMT Təhlükəsizlik Şurasını, Avropa İttifaqını və beynəlxalq ictimaiyyəti bu hadisəyə reaksiya verməyə, həmçinin “bu hücumun icraçılarını və dəstəkçilərini” məsuliyyətə cəlb etməyə çağırıb.

Bu çağırışlar Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-ın daha əvvəl İranı Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə olunmaq üçün ballistik raketlər və pilotsuz uçuş aparatları göndərməkdə ittiham etməsi və bu səbəbdən Tehrana qarşı sanksiyalar tətbiq etməsi fonunda səsləndirilib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar