SON XƏBƏRLƏR

ABŞ və İran hücumları dayandırdı

2026.07.27, 09:56
ABŞ və İran hücumları dayandırdı

Tehran və Vaşinqton arasında yazılmamış atəşkəs formalaşır? Danışıqlara yeni fürsət yarandı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın İrana hücumları dayandırmasından sonra hər iki tərəfin rəsmiləri qarşılıqlı hücumların dayandırıldığını açıqlayıblar. Bu addım danışıqların davam etməsi üçün imkan yaradılması məqsədi daşıyır.

BMT-də ABŞ-ın səfiri Mayk Volts bildirib ki, ABŞ Prezidenti Donald Tramp diplomatiyaya daha çox imkan vermək məqsədilə İrana qarşı hücumları müvəqqəti dayandırıb. O, Fox News telekanalına müsahibəsində deyib: “O, danışıqlara şans verir; danışıqların irəliləməsi üçün bir qədər imkan yaradıb.”

Bununla yanaşı, İran Ordusunun sözçüsü də ABŞ-ın hücumları dayandırmasından sonra İranın Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə qarşı hücumlarını dayandırdığını açıqlayıb.

Eyni zamanda, Tramp administrasiyasının yüksəkvəzifəli rəsmilərindən biri Reuters agentliyinə bildirib ki, ABŞ Prezidenti diplomatiyanı hələ də üstün seçim hesab edir, lakin İranla bağlı bütün variantlar masa üzərində qalır.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar