SON XƏBƏRLƏR

Qətər İraq ərazisindən Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA hücumlarını pisləyib

2026.07.27, 19:04
Qətər İraq ərazisindən Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA hücumlarını pisləyib

Qətər bazar ertəsi İraq ərazisindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatları (PUA) ilə Səudiyyə Ərəbistanının Şərq vilayəti və Ər-Riyad bölgəsində yerləşən neft obyektlərinə qarşı həyata keçirilməyə cəhd edilən hücumları qətiyyətlə pisləyib.

Gunaz.tv

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, bu hücumlar “Səudiyyə Ərəbistanının suverenliyinin açıq şəkildə pozulması, ölkənin təhlükəsizliyi və sabitliyinə, eləcə də ərazi bütövlüyünə təhdiddir.”

Nazirlik həmçinin hücumların beynəlxalq hüququn, BMT Nizamnaməsininmehriban qonşuluq prinsiplərinin pozulması olduğunu vurğulayıb.

Bəyanatda qeyd olunub ki, Qətər Səudiyyə Ərəbistanı ilə tam həmrəylik nümayiş etdirir və krallığın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü bütün qanuni tədbirləri dəstəkləyir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar