SON XƏBƏRLƏR

Tramp: İranla danışıqlar nəticəsiz qalsa, genişmiqyaslı hücumlar yenidən başlayacaq

2026.07.27, 19:35
Tramp: İranla danışıqlar nəticəsiz qalsa, genişmiqyaslı hücumlar yenidən başlayacaq

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla “çox ciddi və dərin danışıqlar” apardığını bildirib. O, eyni zamanda xəbərdarlıq edib ki, əgər bu danışıqlar nəticəsiz qalsa, ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlayacaq.

Tramp Axios saytına müsahibəsində deyib: “Biz İranla çox ciddi və dərin danışıqlar aparırıq. Əgər bu danışıqlar nəticə verməsə, çox geniş hərbi əməliyyatlara yenidən qayıdacağıq.”

O, diplomatiyaya nə qədər vaxt verməyə hazır olduğu ilə bağlı suala cavabında bildirib: “Çox vaxt yox. Ya çox sürətlə irəliləyəcək, ya da ümumiyyətlə irəliləməyəcək.”

Bu açıqlamalar İran Xarici İşlər Nazirliyinin sözçüsünün Tehranla Vaşinqton arasında hər hansı danışıqların aparıldığını təkzib edərək “Hazırda ABŞ ilə heç bir danışıqlar aparmırıq.” deməsindən bir neçə saat sonra səslənib.

Tramp həmçinin bildirib ki, 13 gecə davam edən hərbi hücumlardan sonra vasitəçi ölkələrin xahişi ilə əməliyyatların dayandırılması barədə göstəriş verib ki, diplomatiyaya daha bir şans yaradılsın. O deyib: “İranla əlaqədə olan hər kəs mənə dedi: ‘Atəş açma.’”

ABŞ Prezidenti vurğulayıb ki, İranın razılığa gəlmək istədiyinə inanır.

Çərşənbə axşamı Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək Tramp bildirib ki, İran əsas müzakirə mövzusu olacaq. O əlavə edib: “Bibi ilə bu barədə danışmaq istəyirəm ki, əgər mən prezident olmasaydım, İran indiyədək nüvə silahı əldə etmişdi və İsrail məhv edilmişdi.”

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar