SON XƏBƏRLƏR

Ukrayna: İran Rusiya ilə əlbirdir

2026.07.27, 21:24
Ukrayna: İran Rusiya ilə əlbirdir

Ukrayna: İran özünü qurban kimi göstərə biləcək mövqedə deyil.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Ukrayna Xəzər dənizində İran gəmisinə edilən hücumla bağlı Abbas Əraqçinin təhdidlərinə cavab olaraq bildirib ki, İranın özünü “qurban” kimi təqdim etməyə haqqı yoxdur.

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha bazar ertəsi X sosial şəbəkəsində paylaşdığı açıqlamada İranı “Rusiyanın Ukraynaya qarşı təcavüzünün birbaşa şəriklərindən biri” adlandırıb və Tehranı Moskvaya silah tədarük etməkdə ittiham edib.

O, paylaşımında yazıb: “İran özünü qurban kimi göstərmək mövqeyində deyil. BMT Nizamnaməsinə gülünc istinadlarla öz təhdidlərini əsaslandırmağa isə heç cəhd göstərməməlidir.”

Bu açıqlama İranın xarici işlər naziri Abbas Əraqçinin bazar günü Xəzər dənizində İran gəmisinə edilən hücumun “cavabsız qalmayacağını” bildirməsindən sonra səsləndirilib.

İran bu hücumda “ticarət gəmisinin” hədəf alındığını və bir iranlı dənizçinin öldüyünü iddia edir.

Ukrayna isə hədəfə alınan gəminin Rusiyadan İrana hərbi yüklərin daşınması üçün istifadə edildiyini açıqlayıb.


GunAz TV
R.G

 

İran rəsmisi Ukraynaya xəbərdarlıq edib: "Heç bir hücum cavabsız qalmayacaq"

2026.07.27, 11:33

İran rəsmisi Ukraynaya xəbərdarlıq edib: "Heç bir hücum cavabsız qalmayacaq"

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar