Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
İranlılar dünyanın ən irqçi xalqıdır- London Kral Kolleci
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub- Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Səfər Sadiqi: “Biz Güney Azərbaycanda yaşayan 35 milyon qardaşlarımızın taleyinə laqeyid qala bilmərik. Səfər Sadiqi: “Biz Güney Azərbaycanda yaşayan 35 milyon qardaşlarımızın taleyinə laqeyid qala bilmərik. Azad Qafqaz Evinin yaxın günlərdə tədbirlərindən biri bu problemə həsr olunacaq” Keçən ay “Türküstan” qəzetində Danimarkada yeni fəaliyyətə başlayan “Azad Qafqaz Evi” adlı qurumun yaranması ilə bağlı informasiya diqqətimi çəkdi və bu gün xaricdə belə bir qurumların yaranması Azərbaycan diasporasının güclənməsinə və ölkəmizin haqq səsinin dünya içtimaiyyətinə çatdırılmasında böyük rol oynaya bilər. “Azad Qafqaz Evi”ində Azərbaycanı Danimarkada fəaliyyət göstərən diaspor təşkilatımız “Vətən” cəmiyyəti təmsil edir. Cəmiyyət sədrinin etirazından sonra erməni icması qurumdan üzv olmaqdan uzaqlaşdırılıb. Təşkilatın yaranması və qarşısına qoyduğu məqsədlər ilə bağlı sualların cavabını almaq üçün “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqiyə müraciət etdik. Xoş gördük sizi Səfər bəy ilk öncə özünüz haqqında və Danimarkada fəaliyyət göstərən Vətən cəmiyyəti haqqında məlumat vermənizi istərdik .Təşkilat yarandığı gündən indiyə kimi hansı işləri görüb? Xöş gördük sizi Elnur bəy özüm barədə qısa olaraq onu deyə bilərəm Bakıda anadan olmuşam. Keçmiş Bakı Xalq Təsərrüfati Insitutunu İndi ki İqtisadiyyat Üniversitetini bitirmişəm. Hal hazırda Danimarkada yaşayıram. Ailəliyəm. İki qızım və bir nəvəm var. Vətən cəmiyyəti 2007-ci ilin fevral ayinda yaranib. Cəmiyyətin yaranması Danimarkalıların Azərbaycanın tarixi və mədəniyyəti, Azərbaycanın başına gələn bəlaların tam və dolğun şəkildə məlumatlandırılmaması zəruriyyətindən irəli gəlib. Bu iki ildə cəmiyyət Danimarkalılara və xarici qonaqlara keçirdiyi tədbirlərdə Azərbaycanın tarixini və mədəniyyətini, Azərbaycan torpaqlarının 20% erməni işğalçılarının zəbt etməsi, dinc əhalinin vəhşicəsinə məhvi, Xocalı soyqrımını, 20 yanvar faciəsini və azərbaycanlıların məcburi surətdə öz ata və baba torpaqlarının tərk etmiş bir milyona yaxın məcburi köckünün olması barədə təşkil edilmiş tədbirlərdə sənədli filmlər və ingilis dilinə tərcümə olunmuş kitablar, büroşuralar və foto stendlərin köməyi ilə məlumatlandırılır. Bundan əlavə Danimarka ictimayyətinə meydanlarda bu problemlərlə bağlı vərəqələr paylamaqla məlumatlandırırıq. Vətən cəmiyyətindən başqa Danimarkada Azərbaycanın digər diaspor qurumları fəaliyyət göstərirmi və onların arasında koordinasiya fəaliyyəti hansı səviyyədədir? Vətən cəmiyyətindən başqa Danimarkada fəaliyyət göstərən daha iki diaspora qurumu var ki, onlardan biri Arhus şəhərində Yaşar Azəroğlunun başcılığı ilə, digəri isə Kopenhagendə Abbas Seidlərin başcılığı ilə fəaliyyət göstərir. Hər iki cəmiyyətlə əlaqəmiz var. Onların təşkil etdikləri tədbirlərdə aktiv iştirak edirik. Bir neçə gün bündan öncə mediada “Azad Qafqaz Evi” adlı təşkilatın yaranması ilə bağlı informasiya rast gəldik və təşkilat hansı zərurətdən yarandı. Qarşısına hansı missiyanı qoyub. Uzun illərdir diaspor fəaliyyətində çalışan şəxs kimi qurumun perspektivləri ilə bağlı fikir və mülahizələrinizi bilmək maraqlı olardı? Azad Qafqaz Evi 2009-ci ilin fevralında Danimarkanın Herlev şəhərində yarandı. Təşkilatın yaranma ideyası hələ keçən ildən var idi. Təşkilatın yaranma səbəbi Avropa xalqlarına Qafqaz xalqının tarixini və mədəniyyətini, həmçinin Rusiyanın Qafqazda yeritdiyi məkirli siyasətinin ic üzünü acıb göstərməkdir. 1990-ci il 20 yanar faciəsi, 366-ci diviziyanın Xocalı soyqırımı törətməkdə iştirakı, 2009-cu ilin yanvarında Rusiyanın Ermənistana 800 milyonluq silahın niyə görə təmannasız bagışlanması və bunun nəyə xidmət etməsini gözəl bilirik. Bu yaxınlarda Gürcüstanla müharibədə Rusiya öz gücünü göstərib, Qafqazda hegemon dövlət olduğunu bir daha göstərdi. BMT-nin verdiyi " Azərbaycanın işğal olunmuş torpaqları qeyri şərtsiz azad olunmalıdır" 4 qərarın yerinə yetirilmədiyinin də arxasında Rusiyanın olduğunu hamı bilir. Biz Rus carı I Pyoturun "parcala və hökm et " sözlərini unutmamişiq Təşkilatın fəaliyyətində Danimarkanın tanınmış isimləri təmsil olunurmu? Bildiyiniz kimi təşkilat yeni yaranıb. Buna baxmayaraq artıq təşkilatda Danimarkanın tanınmış professorları Karl Erik Fredeskov və Kopenhaqen universitetinin professoru, şərqşünas Helen Kraq təmsil olunur. Gələcəkdə təşkilata parlamentin deputatları və tanınmış siyasət adamları dəvət olunacaq. Azərbaycanın işğal altında qalan 20 % torpaqları ilə bağlı sual vermək istərdim. İnsan hüqüqlarının qorunmasına böyük önəm verən Danimarka dövləti Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini bilmək maraqlı olardı? Danimarka dövləti Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutur və Azərbaycanın torpaq bütövlüyünü dəstəkləyir. Danimarka dövləti zaman zaman Azərbaycanda olan məcburi köçkünlərə hümanitar yardımlar etmişdir. Danimarkada erməni diasporasını fəaliyyəti haqqında azərbaycan oxucularını məlumatlandırmağınızı istərdik, bildiyimiz qədər “Azad Qafqaz Evi” qurumu formalaşərkən siz erməni icmasının təmsil olunmasına etiraz etmisiniz ? Danimarkadakı erməni diasporasının fəaliyyəti ilə maraqlanmıram. Onu deyə bilərəm ki, Kopenhagenin mərkəzində ticarət obyektləri var və oraya tez-tez yığışırlar. Bəli təşkilat formalaşarkən mən məsələ qaldırdım ki,ermənilər bu təşkilatda təmsil olunmayacaqlar. özünüz fikirləşin mən onların gözünə baxanda hansı hissləri kecirəcəyəm. Onların əllərində Qarabağda şəhid olmuş körpələrin, qadınların və qocaların qanları var və mən onlarla sakitcə bir stol arxasında oturub söhbət edə bilmərəm. Bu həmdə cəmiyyət üzvülərini qərarıdır. Dünya Azərbaycanlılarının ən yaralı yerlərindən olan Güney Azərbaycanda durum yaxşı deyil. Danimarka höküməti Güney Azərbaycan faktoruna önəm verən ölkələrdən biridir. Son vaxtlar Amerika dövləti və mediası bu faktoru qabardır. Necə düşünürsünüz bu amillər Güney Azərbaycanda baş verən Milli Azadlıq Hərəkatına stimul verə bilərmi? Düz deyirsiniz. Güney, Azərbaycanın yaralı yeridir. Avropada və o cümlədən Danimarka mediyasında son vaxtlar Güney Azərbaycanda insan hüqüqlarının kobud formada pozulması barədə yazılar gedir. Yeni yaranmış Amerika rəhbərliyinin apardiği siyasətdən cox şeylər asılıdı. Ümid edirik ki, bu müsbət nəticələrə gətirib cıxaracaq. Biz Güney Azərbaycanda yaşayan 35 milyon qardaşlarımızın taleyinə laqeyid qala bilmərik. Azad Qafqaz Evi yaxın günlərdə tədbirlərindən biri bu problemə həsr olunacaq. Sonda Sizə müsahibəyə görə öz təşəkkürümü bildirirəm və Azərbaycana arzunuz? Məndə Sizə öz təşəkkürlərimi bildirirəm. Sizə və əməkdaşlarınıza gələcək işlərinizdə uğurlar arzu edirəm. Qarşıdan Novruz gəlir. Məndə arzu edirəm ki, Novruzun qədəmləri Azərbaycan xalqı ücün uğurlu olsun. Qacqınlarımız və məcburi köckünlərimiz öz ata , baba yurdlarına qayıtsınlar . Arzu edərdik ki, Şuşada qələbə paradında iştirak edək. O gün olsun ki, ata babalarımızın arzusu həyata geçsin, ikiyə bölünmüş Azərbaycan bütöv və vahid dövlət kimi dünya xəritəsində öz yerini tutsun. Söhbətləşdi: Elnur Eltürk Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi