SON XƏBƏRLƏR

İranlı deputat Hörmüz boğazının bağlanmasına çağırıb

2026.07.30, 11:20
İranlı deputat Hörmüz boğazının bağlanmasına çağırıb

İran parlamentinin deputatı Nadirquli İbrahimi çərşənbə günü Hörmüz boğazının bağlanmasına çağıraraq bunun ABŞ və İsrailin regiondakı fəaliyyətlərinə veriləcək "təbii cavab" olacağını bildirib.

Gunaz.tv

Rəsmi medianın məlumatına görə, İbrahimi İranın bu strateji su yolu üzərindəki nəzarətinin "müzakirə mövzusu olmadığını" deyib və bu mövqedən geri çəkilməyin İranın rəqiblərinin təzyiqlərinə boyun əymək anlamına gələcəyini vurğulayıb.

Deputat, həmçinin İran hakimiyyətini ABŞ və İsrailin apardığını iqtisadi müharibəyə qarşı mübarizə aparmaq üçün ölkəni müharibə şəraitinə uyğun idarəetmə rejiminə keçirməyə çağırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar