Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
İranlılar dünyanın ən irqçi xalqıdır- London Kral Kolleci
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub- Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
ABŞ prezidenti Barak Obamanın aprel ayında Türkiyəyə səfər edəcəyinə dair məlumatın açıqlanması türk mətbuatında canlanma yaradıb. Bir neçə gündən bəridir ki, Türkiyə mətbuatının baş xəbəri demək olar ki, ABŞ-Türkiyə münasibətləri və Barak Obamanın Türkiyəyə edəcəyi səfərin iki müttəfiq ölkə arasında əlaqələrin daha da yaxınlaşması ilə bağlıdır. Qeyd edək ki, Türkiyənin ABŞ-ın İraqda başladığı əməliyyatlara dəstək verməməsindən sonra rəsmi Ankara ilə Vaşinqton arasında münasibətlər bir qədər soyuqlaşsa da, son dövrlər Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi ABŞ-Türkiyə əlaqələri ilə bağlı bəzi suallar doğurmuşdu. Hətta bəzi ekspertlər apreldə ABŞ Konqresində qondarma erməni soyqırımının tanınması məsələsinin qaldırılmasının indi daha real olduğunun və bunun Türkiyə üçün böyük təhlükə yaratdığına dair proqnozlar da irəli sürmüşdülər. Barak Obamanın Türkiyəyə səfər edəcəyinə dair məlumatların yayılması bir tərəfdən qondarma soyqırımın tanınması ilə bağlı təhlükəni azaltmaqla yanaşı, digər tərəfdən "Türkiyə xarici siyasət kursunu dəyişirmi?" tipli suallara nöqtə qoya bilər. Xəzər Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə isə hesab edir ki, Türkiyə bölgədə ABŞ-ın ən yaxın strateji müttəfiqi olan dövlətdir və Amerika bu bölgədəki bir sıra məsələləri də məhz Türkiyənin vasitəsi ilə həll etmək niyyətindədir. Bununla belə, politoloq iki ölkə arasındakı münasibətlərdə soyuqluğun olması fikrini qəbul etmir və bunu jurnalistlərin mülahizələri adlandırır. "Amerika və Türkiyə arasında soyuqluğun olması, guya Amerikanın Türkiyənin daxili vəziyyəti ilə bağlı narazılığı var və s. bütün bunlar hamısı jurnalistlərin mülahizələri idi. Amerika-Türkiyə əlaqələri yeni mərhələdə, yəni yeni administrasiya ilə əməkdaşlıqda qat-qat artacaq və irəli gedəcək. Ona görə ki, Amerika bizim regionda siyasətini aktivləşdirir. Bu aktivləşmənin aparıcısı Türkiyə olacaq"- deyən Vəfa Quluzadə bildirib ki, Türkiyə İraq məsələsində ABŞ-a çox kömək edir. "Əfqanıstan məsələsində ondan da artıq kömək edir. Əfqanıstanda güclü türk əsgəri var. Siyasi baxımdan Türkiyə Suriya ilə danışıqlar aparacaq. Livanla danışıqlar aparacaq. Fələstin problemi ətrafında İsraillə danışıqlar aparacaq. HƏMAS-la, "Hizbullah"la, İranla danışıq apara bilər. Türkiyə bütün bu məsələlərdə Amerikanın müttəfiqlərindən yeganəsidir ki, bütün bu işlərə girişə bilər. Üstəlik Ermənistan məsələsini də həll edə bilər. Amerikanın siyasəti ona yönəlib ki, Ermənistan Rusiyanın forpostu olmasın. Ermənistan müstəqil dövlət olsun. Türkiyə ilə əməkdaşlıq buna gətirib çıxara bilər. Nəticə etibarilə də DQ probleminin normal, ədalətli baza əsasında həllinə gətirib çıxarda bilər. Türkiyə bu qədər önəmli dövlətdir. Amerika Türkiyəyə qarşı əlaqələrini necə soyuda bilərdi?"- deyən Vəfa Quluzadə əvvəlki administrasiyanın bəzi səhvlərə yol verdiyini istisna etməyib. Onun sözlərinə görə, keçmiş prezident Buşun əsas diqqəti İraq və hakimiyyətdən getmək məsələsinə yönəlib. "Hamı deyirdi ki, Amerikada prezident axırıncı ilini axsaq ördək vəziyyətində olur. Ona görə Amerikanın xarici siyasəti Buşun vaxtında, xüsusilə də prezidentliyinin ikinci dövründə xeyli zəifləmişdi. Amma indi yeni administrasiya sözsüz ki, öz yeni prioritetlərini təyin edib. Sözsüz ki, kollektiv şəkildə. İndi Amerika özü üçün ən önəmli partnyor kimi Türkiyəni seçir, Türkiyə də bu məsələnin öhdəsindən gələ bilər". Vəfa Quluzadə İran məsələsi ilə bağlı rəsmi Ankaranın tərəflər arasında vasitəçilik etməsini də mümkün sayır. Onun sözlərinə görə, Amerikanın İranla heç bir əlaqəsi yoxdur, Türkiyənin isə İranla yaxşı əlaqəsi var. Ona görə də Türkiyə tərəflər arasında vasitəçilik edə bilər. Politoloq ümumiyyətlə bu qənaətdədir ki, regional məsələlərin həllində Türkiyənin önəmi çox artıb. O ki qaldı ABŞ-ın müttəfiqi olan Türkiyənin Rusiya ilə münasibətlərinin bundan sonrakı inkişafına, politoloq deyir ki, Türkiyə Rusiya ilə əlaqələrini daim yaxınlaşdırmalıdır. "Çünki bu, sırf iqtisadi praqmatik əlaqələrdir. Siyasi baxımdan Türkiyə və Rusiyanın arasında heç bir yaxınlaşma olmayıb, ola da bilməz. Türkiyə NATO ölkəsidir. Amerikanın müttəfiqidir. Rusiyada isə güclü antiamerika təbliğatı gedir. Bəlkə Rusiya rəhbərliyi yeni administrasiya ilə ortaq məxrəcə gəldi, onda bu münasibətlər də dəyişə bilər. Türkiyə isə Rusiya ilə ticarət, iqtisadiyyat, tikinti və turizm biznesi, enerji biznesidir ki, bunların hamısını güclü şəkildə aparır. Türkiyə Rusiyanı önəmli partnyor kimi çox yüksək qiymətləndirir. Düz də edir". O ki qaldı Barak Obamanın Türkiyəyə gözlənilən səfərinin ABŞ Konqresi tərəfindən qondarma erməni soyqırımının tanınması məsələsini gündəmdən çıxarıb-çıxarmayacağına, Vəfa Quluzadə bildirib ki, bu məsələnin Konqresə yol açması bir sıra konqresmenlərin erməni diasporu tərəfindən satın alınması ilə bağlıdır. "Mən bunu sizə də, başqalarına da demişdim ki, Amerika soyqırımı heç vaxt tanımayacaq. Erməni diasporası bundan əl çəkib başqa normal işlərlə məşğul olsa, özlərinə xeyir olar"- deyən politoloq bildirib ki, soyqırım məsələsi siyasi məsələ deyil, tarix məsələsidir. "Bunu kim qəbul edibsə, böyük qəbahətə yol verib. Məsələn, bunu tanıyan Fransa parlamenti 1915-ci il hadisələrini bilmirlər. Çünki bilmirlər, bununla bağlı tədqiqat da aparmayıblar. Onlar onun-bunun, bir-iki erməninin sözü ilə qərar qəbul edirlər. O qərarın qiyməti iki qəpikdir. Bundan Türkiyəyə bir ziyan oldumu? Qəbul etdilər, sonra? Yəni demək istəyirəm çox axmaq işlərlə məşğul olublar. ABŞ Konqresi də bu işlərlə məşğul olmasa yaxşıdır. Onun imkanı yoxdur məşğul olmamağa. Çünki bir çox konqresmeninin pulunu erməni lobbisi verib, indi onları dingildədir. Amma ki normal dövlət belə məsələlərlə bağlı qərar qəbul etmir. Bu dəqiqə biz fironlar dövrü ilə bağlı qərar qəbul edə bilmərik. Çünki bilmirik ki, fironlar dövründə nə olub. Amerika Konqresi üçün də Türkiyə-erməni məsələsi və 1915-ci il fironlar məsələsi qədər uzaqdı"- deyən politoloq bildirib ki, ABŞ Konqresi qondarma soyqırımı tanımayacaq. Hətta tanısa belə bunun Türkiyəyə elə bir təsiri olmayacaq. Çünki belə bir qərarın qəbul edilməsindən Türkiyə deyil, bu regiondakı bir çox problemləri Türkiyə vasitəsi ilə həll etmək istəyən ABŞ itirə bilər. Bu baxımdan da Vəfa Quluzadə Konqresdə gözlənilən müzakirələrin Türkiyəyə təhlükə yaratdığı barədə fikirləri də bölüşmür. Vüsalə Rafiqqızı
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi