SON XƏBƏRLƏR

ABŞ senatoru: İran diplomatik danışıqlarda səmimi olmayıb

2026.07.31, 11:38
ABŞ senatoru: İran diplomatik danışıqlarda səmimi olmayıb

ABŞ senatoru Ted Badd bildirib ki, İran danışıqlar masasına əyləşdiyi zaman "səmimi davranmayıb".

Gunaz.tv

ABC telekanalına müsahibəsində çıxış edən senator deyib: "Bu problem 1979-cu ildən bəri mövcuddur. O, dünyanı daha təhlükəli edib. Minlərlə amerikalının, o cümlədən yüzlərlə dəniz piyadasının ölümünə səbəb olub."

Badd İranı regiondakı silahlı qruplaşmalar vasitəsilə terror fəaliyyətini genişləndirməkdə ittiham edərək, ölkəni "dünyada terroru dəstəkləyən bir nömrəli dövlət" adlandırıb.

"Məncə, vəziyyəti ən qısa şəkildə belə izah etmək olar. İran danışıqlar masasına gəldikdə səmimi olmayıb", – deyə senator vurğulayıb.

O, həmçinin əlavə edib: "Onlar öz vətəndaşlarını da öldürüblər. Bu, rejimin nə qədər qəddar olduğunu göstərir. Ümid edirəm ki, bu məsələni çox tez həll edə biləcəyik."

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar