SON XƏBƏRLƏR

Tramp: “İranlılar verdikləri sözün üstündə dayanmırlar”

2026.07.31, 18:28
Tramp: “İranlılar verdikləri sözün üstündə dayanmırlar”

Tramp İran rəsmilərini “etibarsız” adlandırıb; “Yeddi saat danışırlar, sonra hər şeyi inkar edirlər”!

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlar prosesini tənqid edərək, İran rəsmilərini “çox hiyləgər və etibarsız” adlandırıb və onlara olan etimadını itirdiyini bildirib.

Tramp İranla yeni razılaşmanın mümkünlüyü barədə danışarkən deyib: “Biz İranla razılığa gələ bilərik. Amma onlar yalan danışdıqları üçün onlara olan etimadımı itirirəm.”

O, danışıqların gedişinə toxunaraq əlavə edib: “Onlar həmişə danışıq aparmaq istəyirlər, amma davamlı olaraq verdikləri sözün üstündə dayanmırlar... Bizim çox yaxşı danışıq aparan nümayəndələrimiz var... Məsələn, nüvə məsələsi ilə bağlı yeddi saat danışıq aparırıq... Sonra (iranlılar) görüşdən çıxıb deyirlər: “Biz heç vaxt nüvə məsələsi barədə danışmamışıq.””

Trampın bu açıqlamaları İran və ABŞ arasında Qətər və Pakistanın vasitəçiliyi ilə imzalanmış anlaşmanın gərginliyin artması və tərəflər arasında qarşılıqlı hücumlardan sonra faktiki olaraq qüvvədən düşdüyü bir vaxta təsadüf edir.

Buna baxmayaraq, ABŞ administrasiyası və vasitəçi ölkələr danışıqların davam etdiyini bildirirlər. İran isə ABŞ ilə danışıqlar apardığını inkar edir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar