SON XƏBƏRLƏR

Tramp: ABŞ-ın İrana qarşı blokadası razılaşma və ya təslimiyyətə qədər davam edəcək

2026.08.03, 20:15
Tramp: ABŞ-ın İrana qarşı blokadası razılaşma və ya təslimiyyətə qədər davam edəcək

ABŞ İranla razılaşma əldə edilənə və ya Tehran "tam təslim olana" qədər ölkəyə qarşı tətbiq olunan dəniz blokadasını davam etdirəcək.

Gunaz.tv

Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp Truth Social platformasında paylaşdığı açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini və Vaşinqtonun icazəsi olmadan İrana heç nəyin çatmayacağını deyib.

O, həmçinin bildirib ki, İranın ABŞ-la danışıqlar aparıldığını ictimai şəkildə təkzib etməsinə baxmayaraq, Tehranla danışıqlar artıq başlayıb və yaxın gələcəkdə növbəti görüşlərin keçirilməsi planlaşdırılır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar