SON XƏBƏRLƏR

İran Elektrik Sənayesi Sindikatı: Ailələrin köhnə məişət avadanlıqlarını yeniləməyə imkanı yoxdur

2026.08.05, 11:59
İran Elektrik Sənayesi Sindikatı: Ailələrin köhnə məişət avadanlıqlarını yeniləməyə imkanı yoxdur

İran Elektrik Sənayesi Sindikatının katibi Mehdi Məsaili bildirib ki, alıcılıq qabiliyyətinin azalması səbəbindən bir çox ailənin köhnəlmiş kondisionerləri, yüksək enerji sərf edən soyuducuları və digər köhnə məişət avadanlıqlarını yenisi ilə əvəz etməyə imkanı yoxdur.

Gunaz.tv

O deyib:

"Bir çox ailə alıcılıq qabiliyyətinin azalması səbəbindən köhnə kondisionerlərini, yüksək enerji sərf edən soyuducularını və digər köhnə avadanlıqlarını dəyişə bilmir. Buna görə də, insanlara lazımi imkanlar yaradılmadan onlardan elektrik istehlakını əhəmiyyətli dərəcədə azaltmalarını gözləmək düzgün deyil."

Məsaili əlavə edib:

"Elektrik sənayesində gəlirlər ilə xərclər arasındakı fərq 395 trilyon tümənə çatıb və hökumətin Energetika Nazirliyinə 150 trilyon tümən borcu var."

O həmçinin bildirib:

"Hökumət elektrik stansiyalarının maliyyələşdirilməsini təmin etmək iqtidarında deyil."

 

Ş.A 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar