SON XƏBƏRLƏR

İtaliya İrandan Hörmüz boğazının rüsum və məhdudiyyət olmadan açılmasını istəyib

2026.08.05, 18:32
İtaliya İrandan Hörmüz boğazının rüsum və məhdudiyyət olmadan açılmasını istəyib

İtaliyanın xarici işlər naziri Antonio Tayani iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı Hörmüz boğazının rüsum və məhdudiyyətlər olmadan yenidən gəmiçilik üçün açılmasına çağırıb.

Gunaz.tv

Tayani X sosial şəbəkəsində yazıb:

"Regional sabitlik və qlobal iqtisadiyyatın maraqları naminə Hörmüz boğazında rüsumlar və məhdudiyyətlər olmadan tam naviqasiya azadlığının təmin edilməsi vacibdir."

Tayaninin sözlərinə görə, Əraqçi onu İranın Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün yenidən açmaq məqsədilə Omanla apardığı danışıqlar barədə məlumatlandırıb.

İtaliyalı nazir böhranın siyasi yolla tezliklə həllinə nail olmaq, o cümlədən ABŞ ilə dialoqu davam etdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar