Sistan və Bəlucistanda silahlı qarşıdurma olub- Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
ABŞ prezidenti Ankarada apardığı danışıqlardan sonra"soyqırım"ı tanımaqdan imtina edə bilər AKP millət vəkilləri Vaşinqtonda vəd ediblər ki, Ermənistanla sərhədlər açılacaq Xəbər verildiyi kimi, ötən həftə Ankarada səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton prezident Barak Obamanın yaxın bir ayda Türkiyəyə səfər edəcəyini açıqlayıb. Səfərin dəqiq tarixi açıqlanmasa da, gözlənilir ki, Obama Türkiyə üçün kritik vaxtda-ermənilərin "soyqırım"ın ildönümü kimi qeyd etdikləri 24 apreldən əvvəl Ankaraya gələcək. Bu isə Türkiyə üçün ABŞ prezidentinin ermənilərə verdiyi vəddən geri çəkilməsinə nail olmaq baxımından mühüm fürsət yaradır. Türkiyə mətbuatının yazdığına görə, Obamanın yaxın bir ayda Ankaraya səfər edəcəyinin açıqlanması ABŞ-dakı erməni lobbisini narahat edib. Ermənilər bu səfərdən sonra Obamanın onlara verdiyi vədə əməl etməyə biləcəyini düşünürlər. Eyni zamanda ABŞ prezidentinin səlahiyyətlərinin icrasına başladıqdan sonrakı bu qısa müddətdə səfər edəcəyi ölkələr arasına Türkiyəni daxil etməsi Qərb mətbuatında da geniş rezonans doğurub. “CNN Türk” kanalı qeyd edir ki, Obamanın Türkiyəyə səfər etmək qərarı verməsi bir çox Avropa diplomatları tərəfindən də Ankaranın mühüm nailiyyəti hesab edilir. Məlumatlara görə, bu səfərin baş tutması üçün Türkiyə XİN və ölkənin Vaşinqtondakı səfirliyi neçə aydır gərgin işləyiblər. Obamanın səfər qərarında isə onun administrasiyasının rəhbəri Ram Emmanuelin, vitse-prezident Cozef Baydenin və müşaviri Cim Consun rolunun olduğu deyilir. Bildirilir ki, Ağ Evdən Obamanın Türkiyəyə səfər edəcəyi haqda qərarını Vaşinqtondakı türk səfirliyinə bir neçə gün əvvəl bildiriblər. Ancaq bu xəbər Hillari Klintonun səfərinə qədər açıqlanmayıb. Vaşinqtondakı yüksək rütbəli türk diplomatı deyib ki, Obamanın Ağ Ev və xarici siyasət komandası Türkiyəni yaxından tanıyan, az danışıb çox iş görən bacarıqlı adamlardan təşkil olunub. Ağ Evdən də bildirblər ki, prezidentin Türkiyəyə səfəri Ankaranın diplomatik uğurudur. Qərb mətbuatı isə yazır ki, bu səfər Türkiyənin ABŞ-ın xarici siyasətində mərkəzi yer tutacağını göstərir. Britaniyanın "Daily Telegraph" qəzeti qeyd edir ki, Obama gələn ay islamçı partiya tərəfindən idarə edilən ölkəyə səfər edərək müsəlmanlarla ABŞ arasında yaxınlaşmanın başlanğıcını qoyacaq. Bununla belə, Obama müsəlman dünyasına ünvanlanmış çıxışını Türkiyədən etməyəcək. Ağ Evdəki mənbələr deyiblər ki, Obama vəd etdiyi bu çıxışa hazırlaşmaq üçün bir qədər zamana ehtiyac olduğunu düşünür. ABŞ-ın "Boston Globe" qəzeti isə yazır ki, Obamanın səfəri Vaşinqtonun Türkiyə vasitəsilə müsəlman dünyasına açılmaq istədiyini göstərir. Qeyd edək ki, hazırda erməni lobbisi "soyqırım" qətnaməsinin Konqresdə müzakirəsi üçün yeni kampaniya başladıb. ABŞ-ın "soyqırım"ı tanımasını önləmək üçün Türkiyədən diplomatlardan və millət vəkillərindən ibarət heyət Vaşinqtona göndərilib. Heyət Konqres üzvləri və Ağ Ev rəsmiləri ilə danışıqları ötən həftəsonu başa vurub. Məlum olub ki, heyətin tərkibində yer alan AKP millət vəkilləri görüşlər zamanı deyiblər ki, Türkiyə Ermənistanla sərhədlərini açmağa qərar verib və belə bir vaxtda "soyqırım"ın tanınması İrəvanla Ankara arasında münasibətlərin normallaşmasına zərbə vura bilər. Məlumatı "Amerikanın səsi"nə müsahibəsində heyətin tərkibində yer alan müxalifətçi millət vəkili, CHP təmsilçisi Şükrü Elekdaş açıqlayıb: "Vaşinqtondakı görüşlərimizdə bəzi millət vəkillərimiz dedilər ki, Türkiyə ilə Ermənistan arasında aparılan müzakirələr başa çatmaq üzrədir, biz sərhədləri açacağıq. Və əlavə etdilər ki, əgər bu mərhələdə soyqırımla bağlı layihə Konqresdən keçərsə, o zaman ermənilərlə əldə etdiyimiz anlaşma mənasını itirər və burada sizin də günahınız olar. Mən bunu başa düşürəm, amma ortaya başqa bir mənzərə də çıxır. Dağlıq Qarabağ münaqişəsi həll edilmədən, əgər biz sərhədləri açsaq, Azərbaycanı çətin vəziyyətdə qoymuş olarıq, Azərbaycanın müzakirə gücü ortadan qalxmış olar. 1993-cü ildə biz sərhədləri nə üçün bağladıq? Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdu və 1 milyon azərbaycanlı didərgin düşmüşdü. O zaman Türkiyə BMT-nin buna qarşı qəbul etdiyi qərarları əldə tutaraq, habelə münaqişənin həlli üçün Ermənistana təzyiq göstərmək məqsədilə sərhədləri bağladı. İndi əgər Qarabağ problemi həll olunmadan biz sərhədləri açsaq, o zaman biz Azərbaycanı itirərik. Bizim üçün Azərbaycan Qafqazda ən böyük ölkədir. Enerji qaynaqları baxımından son dərəcə zəngin, Türkiyənin sərhədləri kənarında ən vacib məkan, Türkiyəni Avrasiya ilə birləşdirən körpüdür. Eyni zamanda bizim birlikdə çox vacib layihələrimiz var - Bakı-Tifis-Ceyhan, Şahdəniz kimi. Bu baxımdan mən münaqişə həll olunmadan Ermənistanla belə bir anlaşmanın çox yanlış olacağını düşünürəm. Lakin mənim araşdırmalarıma görə, belə bir meyl var. Ermənistan Türkiyəyə heç bir təminat vermir. İrəvan soyqırım iddiasını ABŞ-la birlikdə izləməyəcəyinə dair heç bir söz də vermir. Amerikalılarda bir söz var: piroqu həm yemək istəyirsiniz, həm də onu mühafizə etmək. Ermənilər də bunu etmək istəyirlər: həm Türkiyə sərhədi açsın, həm də ermənilər Türkiyənin sərhədlərini tanımasınlar. Bildiyiniz kimi, Ermənistan Qars anlaşmasını da tanımır. Soyqırım məsələsini beynəlxalq müstəvidə Türkiyə əleyhinə istifadə etməyəcəklərinə dair İrəvandan heç bir təminat verilməyib. Belə bir vəziyyətdə bu anlaşma nəyə yarayacaq? Bu baxımdan mən çox narahatam və həmkarlarıma da etiraz etdim. Əgər belə bir anlaşma olarsa, bu, Türkiyənin xarici siyasət tarixində ən böyük səhv olar. İnşallah, belə bir vəziyyətlə qarşılaşmarıq".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi