SON XƏBƏRLƏR

İranlı deputat Məkkə müdafiə sazişini "kağız üzərində razılaşma" adlandırıb

2026.08.07, 19:30
İranlı deputat Məkkə müdafiə sazişini "kağız üzərində razılaşma" adlandırıb

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İbrahim Rzayi Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış yeni müdafiə sazişini tənqid edərək bildirib ki, bu razılaşma Səudiyyə Ərəbistanına təhlükəsizlik təmin etməyəcək.

Gunaz.tv

"Səudiyyə Ərəbistanı başa düşməlidir ki, Türkiyə və Pakistanla bağlanmış kağız üzərində bir razılaşma ona təhlükəsizlik gətirməyəcək. Necə ki, uzun illər amerikalılardan birtərəfli asılılıq da onlara təhlükəsizlik gətirmədi," – deyə Rzayi cümə günü X sosial şəbəkəsində yazıb.

"Siyasətinizi düzəldin ki, artıq təhlükəsizlik üçün başqalarına yalvarmağa məcbur qalmayasınız," – deyə o əlavə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar