Sistan və Bəlucistanda silahlı qarşıdurma olub- Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Güney azərbaycanlılarının milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədi barəsində çıxarılan məhkəmə qərarından apellyasiya (təcridi-nəzər) şikayəti verib. Amma bildirir ki, İran məhkəməsi bunu nəzərə almayacaq və onun həbsi qaçılmazdır. Vədud Əsədi həbsindən əvvəl «Azadlıq» radiosuna müsahibə verib. -Vədud bəy, artıq sizə hökm oxunub? -10 gün olar hökm kəsilib. Bir il azadlıqdan məhrum ediblər. Rəşt məhkəməsi iddia edir ki, mən sistemin əleyhinə çıxmışam. Guya mən demişəm ki, bu fars nizamıdır, islam nizamı deyil. Bu faşist və zalım nizamdır. İki dostlarım, iki qardaş Hüseyn və Mvsüm Rəhimini də tutublar. Hüseynə 6 ay həbs kəsiblər, balaca qardaşının isə hökmü bəlli deyil. -Bəs onları nəyə görə həbs ediblər? - Eyni ittihamlar əsasında. Amma biz həmişə İslama baş əymişik. İranın yarısı türkdür. Amma onlar islam adı ilə farsçılığı bizə təlqin edirlər. Biz öz ana dilimizdə məktəbdən, yazı-pozmaqdan məhrumuq. Dünyada isə fars dilini və mədəniyyətini başqa xalqlar arasında təbliğ etmək, öyrətmək üçün yüzdən çox məktəb yaradıblar. Ya da ki, Çin kitabxanalarına İranın yalançı və qondarma tarixini yazıb hədiyyə verirlər. Həmin tarix kitablarında isə türklər vəhşi, geri qalmış millət kimi göstərilir. Biz yetişən yeni nəsil isə bunu qəbul edə bilmərik. Bu qədər şəhid verdik, millətimiz inqilab yolunda çarpışdı amma bu fədakarlığın cavabını ala bilmədik. Millətimiz öz ana dilində bir məktəbə belə sahib deyil. Fəallarımızın anasını, bacısının gözü yaşlı qoyub, naməlum yerlərdə saxlayır, məhkəmələrə çəkir, zindanlarda çürüdürlər 30 il əvvəl İslam inqilabında Təbriz və digər şəhərlərimiz qalxıb şahı pəhləvi rejimini yıxdıq ki, islam bayrağı altında, qardaşlıq prinsipi ilə millətimiz inkişaf edəcək. Bu qədər şəhid verdik, millətimiz inqilab yolunda çarpışdı amma bu fədakarlığın cavabını ala bilmədik. Millətimiz öz ana dilində bir məktəbə belə sahib deyil. Fəallarımızın anasını, bacısının gözü yaşlı qoyub, naməlum yerlərdə saxlayır, məhkəmələrə çəkir, zindanlarda çürüdürlər. Mənə deyirlər ki, sistemə qarşı çıxmışam, halbuki mən ancaq milli hüququmu tələb eləmişəm. Əgər milli hüququ tələb etmək sistemə qarşı çıxmaqdırsa, deməli sistem mənim hüququmun əleyhimədir. - Türklərin aşağılanması hansı kitablarda yazılıb? -Bütün tarix kitablarında belə yazılır. Xüsusən orta məktəb dərsliklərində. Türkləri, onların dövlət rəhbərlərini qaniçən, geri qalmış şəxslər kimi təqdim edirlər. Yazırlar ki, fars hökmdarları abadlıq işləri görüblər, insan haqlarını tanıyan olublar. İranın əsas şəhərləri İsfahan, Şiraz, Tehran hamısı səfəvilər zamanında abadlaşdıb, indi niyə türk tarixinə qarşı belə iftira atırlar? Bizim tariximizin aşağılanması hələ Rza şah Pəhləvi zamanından başlayıb, indi də davam edir. Hələ o zamanlar analarımıza türkcə layla deməyi yasaqlamışdılar, uşaqlara türk adları qoymağa imkan vermirdilər. Onu da deyim ki, İranda türklər yaşayan regionların sosial vəziyyəti çox gərgindir. Rəştin yarısından çoxu türkdür, amma bir tikə çörəyə möhtacdırlar. Nə günahımız var ki, bir tikə çörəyi öz vətənimizdə tapa bilmirik. Yollarımız xaraba qalıb. - Belə deyirlər ki, İranın rəhbərliyində xeyli türk var, buna görə də İranda türklərirn vəziyyəti yaxşıdır? -Bir misal var, deyir ki, «elinə, dilinə yanmayan bir kəs tutaq ki, xandı, sultandı nə faydası». Bəli, sizin fikrinizi qəbul edirəm, İran əhalisinin əksəriyyəti 30 milyondan artığı türkdür. Diqqət yetirsəniz İranın futbolçusundan tutmuş, siyasətçiləri, hərbiçiləri türkdür. Amma təəssüf ki, təfəkkür fars təfəkkürüdür, ona görə də bunların hamısı o sisteminin xidmətindədir. Ayətullah Xanneyi şüarlarında deyir ki, «Azərbaycan oyaqdı, inqilaba dayaqdı». Amma Əfqanıstan prezidenti gələndə onunla təmiz fars dilində danışır, amma Azərbaycanınkı gələndə tərcüməçi ilə danışır, hansı ki, o türkcəni çox gözəl bilir. Orta məktəbin ədəbiyyat kitabında yazırlar ki, guya Teymurləng gəlib Firdovsinin qəbrini açır, görür ora gülüstandır, amma öz babasının qəbrin açır görür qan içindədir, tüpürüb geyir qayıdır. Bunu hansı tarix yazır, bunu hansı mənbə təsdiqləyir, yalandı, uydurmadı hamısı. Firdovsinin kitabı İran və Turan arasına ixtilaf salmaq kitabıdır, türkləri aşağılayan, fars şovinizmini təbliğ edən kitabdır. Bütün bunlar təəssüf doğurur. Onların təbliğ etdikləri islamın arxasında mən yaxşı bir şey siyasət görmürəm. -Vədud bəy sizi necə həbs etdilər? -Toyumdan dərhal sonra. - İddiaları da o olub ki, toyda türk mahnıları ifa olunurmuş… -Bu həbsin səbəbləri əvvəllərə gedir. Mən hələ Ərdəbil universitetdə olanda «Səhər» adlı qəzetim var idi, milli mədəniyyətimizi, yaddan çıxmış folklorumuzu öyrənirdik. Amma bizi həbs edə bilmirdilər, qanunsuz heç nə etmirdik. Universitetdən qayıdıb gələndə isə mənə öz dilləri ilə deyirdilər ki, «biz gözləyirik ki, sən toy edəsən, səni toyunda tutub aparaq». Biz nə Allaha qarşıyıq, nə də ki, hər hansı başqa bir millətə. Deyirik biz də insanıq, bizim də dilimiz var, bizim haqqımızı tapdamayın. Əgər, zülmlə, zindanla siyasət olsaydı gərək onda bizin yaşadığımız torpağa bir qapı qoysunlar desinlər ki, Azərbaycan zindandır. -Vədud bəy sizin ixtisasınız nədir? -Mən yerşünaslıq ixtisasına yiyələnmişəm, geamorfologiya üzrə. Əvvəlcə Ərdəbildə oxudum, sonra ailə vəziyyətimlə bağlı qayıdıb Rəştə davam etdirdim. -Bəs təhsilinizi başa vura bildinizmi? -Bir il olar ki universiteti bitirmişəm. 29 yaşım var, imkan versələr, təhsilmi hələ dəvat etdirmək istəyirəm. -Məhkəmənin qərarından şikayət verəcəksinizmi? -Yoldaşlar dedilər ki, vəkil tut. Amma burda məhkəmələr bəllidir necə işləyir. Bizim hüquqlarımız Quranda qorunur. İranın Konstitusiyasının 19-cu maddəsində də yazılıb ki, hamı qanun qarşısında bərabərdir. Amma onlar öz yazdıqları qanunlara məhəl qoymurlar. Mənim ittihamnaməmdə yazılıb ki, guya mən demişəm ki, İranda rejim faşist rejimidir, bu, iftiradır. İndi məni zindana salmaqla məsələ həll olacaq? Mənim qardaşım var, elim-obam var. Qoy Azərbaycan xalqı bilsin ki, onun balalarını hansı adla aparıb zindanlarda ömürlərini çürüdürlər. Təcridi-nəzərə (apelliyasiya) gəldikdə şikayət hazırlamışam. Amma inanmıram bunun bir faydası olsun, onların verdikləri qərar əvvəldən məlumdur. *** Milli fəal Vədud Əsədi bundan əvvəldə həbsdə olub. Vədud Əsədi Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş rəhbəridir. O, tələbə qəzetlərindəki çıxışları ilə də tanınır. Əsədi 2006-cı ilin mayında rəsmi «İran» qəzetində azərbaycanlıları tarakana bənzədən karikaturanın çapından sonra da həbs olunmuşdu. Həmin vaxt universitetdə təşkil olunan etiraz tədbirinə və diskriminasiya əleyhinə aclıq aksiyasına qatılan Vədud Əsədini dörd aya yaxın həbsdə saxlasalar da, ona qarşı heç bir ittiham irəli sürməmişdilər. İran konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz dilində təhsil və mədəniyyətlərini qorumaq haqqı tanısa da, azərbaycanlıların ana dilində təhsil tələbləri yerinə yetirilmir. İranda müxtəlif mənbələrə görə 20 milyondan 35 milyonadək azərbaycanlı yaşayır. ABŞ Dövlət Departamentinin İnsan hüquqları hesabatında bildirilir ki, azərbaycanlı iranlılar etnik və linqvistik diskriminasiyaya məruz qalmalarından, o cümlədən, məktəblərdə azərbaycanca təhsilə qoyulan qadağalardan, coğrafi adların dəyişdirilməsindən şikayətçidirlər. Beynəlxalq Amnistiya Təşkilatı İranda milli hüquqları uğrunda mübarizə aparan azərbaycanlı fəalların İranda təzyiqlərə, həbs və işgəncəyə məruz qaldığını, bu fəalları vicdan məhbusu kimi tanıdığını bildirir.azadliqradiosu
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi