SON XƏBƏRLƏR

Husilərin Yəmən limanına hücumu nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb

2026.08.10, 11:20
Husilərin Yəmən limanına hücumu nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb

Yəmənin Qırmızı dəniz sahilində yerləşən əl-Məxa liman şəhərinə husilərin raket və pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb.

Gunaz.tv

Bu barədə Yəmən hökumətinin hərbi sözçüsü məlumat verib.

Polkovnik Majid al-Nuzaili bildirib ki, ölənlərdən 4-ü hərbçi, 3-ü isə mülki şəxsdir. Onun sözlərinə görə, hücumlar elektrik enerjisi istehsal edən stansiyalar da daxil olmaqla, hərbi və mülki obyektləri hədəfə alıb.

İranın dəstəklədiyi husilər isə hücum zamanı limandakı Səudiyyə Ərəbistanı hərbçilərini və silah anbarlarını hədəfə aldıqlarını bildiriblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar