SON XƏBƏRLƏR

Pakistan İranı Səudiyyə Ərəbistanı və Türkiyə ilə müdafiə sazişi barədə məlumatlandırıb

2026.08.10, 18:29
Pakistan İranı Səudiyyə Ərəbistanı və Türkiyə ilə müdafiə sazişi barədə məlumatlandırıb

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb və Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında yaxın vaxtlarda imzalanmış müdafiə sazişi barədə məlumat verib.

Gunaz.tv

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, Dar sazişin “strateji əməkdaşlığın gücləndirilməsi və regional sülh və təhlükəsizliyə töhfə vermək” məqsədi daşıdığını vurğulayıb.

Nazirlər, həmçinin regionda dəyişən vəziyyət və sülh və sabitliyin təşviqi istiqamətində səylər də daxil olmaqla, regional və beynəlxalq prosesləri müzakirə ediblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar