SON XƏBƏRLƏR

İranda ictimai iaşə obyektlərinə qarşı yeni təzyiq dalğası: ən azı üç kafe möhürlənib

2026.08.11, 13:17
İranda ictimai iaşə obyektlərinə qarşı yeni təzyiq dalğası: ən azı üç kafe möhürlənib

İranda ticarət obyektlərinə və ictimai məkanlara qarşı təzyiq davam edir. Məşhəd, Bocnurd və Bircənd şəhərlərində ən azı üç kafe bağlanaraq möhürlənib.

Gunaz.tv

“Harana” xəbər agentliyinin məlumatına görə, son günlər Məşhəddə bir kafe və Bocnurddakı “Arkia” kafe-restoranı bağlanaraq möhürlənib.

Məşhəddəki kafeyə hicabla bağlı məsələ ilə yanaşı, içki menyusunda maça içkisinin qiymət siyahısında göstərilməməsi və bəzi tort və desertlər üçün “Sib-e Salamat” sağlamlıq sertifikatının olmaması kimi səbəblər də irəli sürülüb. “Arkia” kafesinin möhürlənməsinin səbəbi ilə bağlı isə indiyədək rəsmi açıqlama verilməyib.

Eyni zamanda, İran İslam Respublikasının dövlət televiziyası Bircənddə bir kafenin şəhərin prokurorunun göstərişi ilə möhürləndiyini bildirib və səbəb kimi “məcburi hicab qaydalarına əməl edilməməsini” göstərib.

Tehranda isə Sənai və İranşəhr küçələri ərazisində bir sıra tanınmış kafe-restoranlar bağlanıb. Bağlanan kafelər sırasında “Joe Cafe”, “1401”, “Sam Cafe”, “Do Bar”, “Novuk”, “Cafe Man”“Theory” kimi kafelərin adları çəkilib.

 

E.Y

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar