SON XƏBƏRLƏR

Möhsün Rzai: Hörmüz boğazını açmayacağıq

2026.08.11, 21:49
Möhsün Rzai: Hörmüz boğazını açmayacağıq

Gunaz.tv

Möhsün Rzai, İran Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi, bu vəzifəyə təyin olunmasından sonra ilk açıqlamasında bildirib ki, ABŞ “davranışını dəyişməyənə və İranın şərtlərini qəbul etməyənə qədər” İran Hörmüz boğazını açmayacaq.

O, müharibənin başa çatdırılmasını və İranın bloklanmış pullarının azad edilməsini İranın şərtlərindən ikisi kimi göstərib.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın bazar ertəsi Ağ Evdə jurnalistlərə ABŞ-ın bütün Hörmüz boğazını “minalardan təmizlədiyini” və ona tam nəzarət etdiyini deməsindən sonra səsləndirilib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar