SON XƏBƏRLƏR

ABŞ rəsmisi: Cənubi Qafqazda strateji mövqeyimizi gücləndirmək istiqamətində işimizi davam etdirəcəyik

2026.08.12, 11:04
ABŞ rəsmisi: Cənubi Qafqazda strateji mövqeyimizi gücləndirmək istiqamətində işimizi davam etdirəcəyik

ABŞ Cənubi Qafqazda strateji mövqeyini gücləndirmək istiqamətində mühüm işini davam etdirəcək.

Gunaz.tv

Bu barədə Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Vaşinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyanla keçirdiyi üçtərəfli görüşə dair paylaşımında bildirib.

O qeyd edib ki, görüş zamanı 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi sülhün ildönümü qeyd edilib.

“Cənubi Qafqaz üçün dinc və firavan gələcəyi təmin etmək, eyni zamanda Amerikanın bu mühüm regiondakı strateji mövqeyini gücləndirmək istiqamətində mühüm işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - ABŞ dövıət katibinin müavini qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar