SON XƏBƏRLƏR

İranın Hörmüz boğazında gəmiçiliyi pozmaq imkanları azalır

2026.08.14, 11:21
İranın Hörmüz boğazında gəmiçiliyi pozmaq imkanları azalır

İranın Hörmüz boğazı ətrafında gəmiçiliyi pozmaq imkanları azalır, ABŞ-ın isə gəmiləri müşayiət etmək və regiondan yük çıxarmaq imkanları genişlənir.

Gunaz.tv

Bunu ABŞ-ın energetika naziri Kris Rayt “Fox News”a müsahibəsində bildirib.

“İran dünya iqtisadiyyatını girov götürməyə və qonşularını terrora məruz qoymağa çalışır. Lakin onların çətinlik yaratmaq imkanları azalır. Bizim gəmiləri müşayiət etmək və məhsulları həmin regiondan çıxarmaq imkanlarımız isə artır,” – deyə Rayt bildirib.

Rayt İranın “bir kartının” qaldığını və onun da “getdikcə zəiflədiyini” deyib. O əlavə edib ki, Tehranın strategiyası nəticədə “İranda rejimin süqutuna” gətirib çıxaracaq, çünki ölkə iqtisadiyyatı getdikcə daha çox daralır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar