SON XƏBƏRLƏR

Hizbullahın yüksək rütbəli komandiri öldürüldü

2026.08.15, 18:37
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü

Gunaz.tv

İsrail ordusu Hizbullahın “Rizvan” xüsusi təyinatlı bölməsinin komandirlərindən birinin Livanın Ənsar kəndində Hizbullahın qərargahına endirilən dünənki zərbə zamanı öldürüldüyünü açıqlayıb.

Rizvan qüvvələrinin hərbi hazırlığına əsas məsuliyyətin SEPAH-da olduğu bildirilir. SEPAH-ın Qüds Qüvvələri və “Sabirin” xüsusi təyinatlı bölməsi də bu sahədə mühüm rol oynayıb.

İsrail ordusu həmçinin bu bölmənin komandirinin ailə üzvlərinin də hücum zamanı öldüyünü təsdiqləyib.

İsrail ordusunun açıqlamalarına görə, hücumun hədəfi Hizbullahın hərbi bazası və Rizvan bölməsinin komandirinin öldürülməsi olub.

İsrail ordusu əlavə edib ki, öldürülən komandir ailəsi ilə birlikdə hərbi qərargahın daxilində gizlənib və onlardan “canlı qalxan” kimi istifadə edib.

Hizbullah indiyədək bu iddialarla bağlı açıqlama verməyib.

 


GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar