SON XƏBƏRLƏR

Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq

2026.08.20, 11:24
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq

ABŞ Prezidenti Donald Tramp neft kəmərlərinin tikintisi və alternativ marşrutların yaradılması səbəbindən Hörmüz boğazının əvvəlki qədər əhəmiyyətli olmayacağını bildirib.

Gunaz.tv

Bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Tramp qeyd edib ki, hazırda neftin qiyməti təxminən 84-85 dollar təşkil edir və böyük həcmdə neft Hörmüz boğazından keçir. Onun sözlərinə görə, ABŞ-ın Texas, Alyaska və Luiziana kimi bölgələrində enerji istehsalı artırılır və çox sayda yeni boru kəməri tikilir.

Tramp həmçinin Hörmüz boğazında həyata keçirilən ABŞ dəniz blokadasının effektiv olduğunu və hazırda boğazdan gəmiçilik fəaliyyətinin davam etdiyini bildirib.

Ağ Ev rəhbəririn sözlərinə görə, hazırda çoxsaylı gəmilər boğazdan keçir və blokada zamanı heç bir gəmi İrana daxil olmayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar