SON XƏBƏRLƏR

İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır

2026.08.21, 11:14
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır

İraq hər gün ölkənin cənubunda, Ərəb körfəzi sahilində yerləşən limanlar vasitəsilə 2-2,1 milyon barel neft ixrac edir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Səlim ər-Rikabi bildirib.

Onun sözlərinə görə, daha 150 min barelədək neft Aralıq dənizi sahilində yerləşən Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarına çıxarılır.

Ər-Rikabi qeyd edib ki, Ceyhan istiqamətində neft ixracının həcmi artmaqda davam edir. Nazirlik Türkiyənin Ceyhan limanına gedən neft kəmərinin ötürücülük qabiliyyətini sutkada 750 min barelə çatdırmağı planlaşdırır.

Bundan əlavə, İraq hökuməti ölkənin ixrac imkanlarını genişləndirmək məqsədilə yeni neft kəmərlərinin tikintisi üzrə planlar hazırlayır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar