SON XƏBƏRLƏR

Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür

2026.08.21, 22:55
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür

Gunaz.tv

Livanın Baş nazirinin müavini Tariq Mitri bildirib ki, Beyrut İranın Livanın daxili işlərinə hər hansı müdaxiləsini ölkənin suverenliyinə təcavüz hesab edir.

Mitri «Sky News Arabia»ya müsahibəsində Livanın tam suverenliyinin bərpası və daxili sülhün möhkəmləndirilməsi üçün danışıqlara hazır olduğunu deyib. O, danışıqları Livanın öz adından aparmaq istədiyini bildirib.

O həmçinin İsrailin danışıqlarda və çərçivə sazişində xoş niyyət nümayiş etdirməyə hazır olmadığını söyləyib.

Livanın Baş nazirinin müavini vurğulayıb ki, hökumət qərarlarını zor tətbiq etməklə həyata keçirmək istəmir, çünki bu, ölkənin milli birliyini təhlükə altına sala bilər.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar