Dayandırılan lisenziyalar müəyyən idman və akademik mübadilələri dəstəkləyən xidmətlərə, habelə təhsil xidmətlərinin idxal və ixracına icazə verirdi. OFAC həmçinin üçüncü ölkələrdə bəzi təhsil fəaliyyətlərinə, konfranslarla bağlı xidmətlərə və qeyri-kommersiya xarakterli şəxsi pul köçürmələrinə verilən icazələri də dayandırıb.
Əvvəllər icazə verilmiş fəaliyyətlərin dayandırılması üçün zəruri olan əməliyyatlar müəyyən şərtlərlə müvəqqəti lisenziya əsasında sentyabrın 8-dək davam etdirilə bilər.
Dayandırılan idman, akademik və ya təhsil fəaliyyətlərini bundan sonra da davam etdirmək istəyən təşkilatlar OFAC-a xüsusi lisenziya üçün müraciət etməlidirlər.