SON XƏBƏRLƏR

Tramp Hörmüz boğazının bütün minalardan təmizləndiyini bildirib, İrana xəbərdarlıq edib

2026.08.25, 20:26
Tramp Hörmüz boğazının bütün minalardan təmizləndiyini bildirib, İrana xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bütün minalardan təmizləndiyini bildirib.

Gunaz.tv

O, bu barədə “Truth Social” hesabında yazıb.

Tramp Hörmüz boğazındakı bütün minaların zərərsizləşdirildiyini qeyd edib.

“Boğazda yeni minalar yerləşdirməyə çalışan istənilən gəmi və ya qayıq dərhal məhv ediləcək”, - Tramp İrana xəbərdarlıq edib.

O, Kosmik Qüvvələr vasitəsilə Hörmüz boğazının hər yerini izlədiklərini vurğulayıb.

Tramp İranda nüvə materiallarının gizlədildiyi ehtimal edilən Külüng dağının və əvvəllər məhv edilmiş üç nüvə obyektinin də daimi nəzarətdə olduğunu diqqətə çatdırıb.

O, Hörmüz boğazında yeni minaların yerləşdirilməsinə dözüm nümayiş etdirməyəcəklərini bəyan edib.
 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar