SON XƏBƏRLƏR

Neftin qiyməti yenidən düşdü: SEPAH-ın Hörmüz boğazına nəzarəti aradan qalxıb

2026.08.25, 18:36
Neftin qiyməti yenidən düşdü: SEPAH-ın Hörmüz boğazına nəzarəti aradan qalxıb

Neftin qiyməti Hörmüzdə SEPAH-ın məğlubiyyətindən sonra yenidən düşüb.

Gunaz.tv

Dünya neftinin qiyməti çərşənbə axşamı ardıcıl ikinci gün ucuzlaşıb. Brent markalı neftin bir bareli təxminən 3 faiz ucuzlaşaraq 87 dollar 60 sentə satılıb. Bu, son bir həftənin ən aşağı qiymətidir.

GünAz TV-nin məlumatına görə; neftin qiymətinin ucuzlaşması ABŞ-ın İrana qarşı iqtisadi təzyiq proqramını rəsmi şəkildə elan etməsindən bir gün sonra baş verib. Fransa Xəbər Agentliyinin məlumatına görə, bazar iştirakçıları bu addımı yeni hərbi hücumların başlanması ehtimalının azalmasına işarə kimi qiymətləndiriblər.

Eyni zamanda, Hörmüz boğazından neft tankerlərinin və ticarət gəmilərinin keçidinin artması barədə məlumatlar yayılıb. “Axios” daxil olmaqla bəzi media qurumları ABŞ ordusunun bu strateji keçiddə gəmilərin hərəkətinə nəzarət etdiyini bildiriblər.

Hörmüz boğazında gəmi hərəkətinin artması SEPAH-ın son həftələrdə bu strateji keçiddə hərəkətə nəzarət və məhdudiyyətlər tətbiq etməyə çalışdığı bir vaxtda baş verir. ABŞ-ın hərbi iştirakının və nəzarətinin artması ilə Hörmüz boğazında gəmiçiliyin azadlığı əvvəlkindən daha çox ABŞ qüvvələrinin nəzarəti altına keçib.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar