SON XƏBƏRLƏR

Tramp: Müharibə tezliklə başa çatacaq

2026.08.26, 18:38
Tramp: Müharibə tezliklə başa çatacaq

Tramp Hörmüz boğazından çoxlu sayda gəminin keçdiyini deyir. Lakin İranın iddiasına görə, son 24 saat ərzində Hörmüz boğazının cənub marşrutunda heç bir gəmi hərəkəti qeydə alınmayıb.

Gunaz.tv

GünAz TV-nin məlumatına görə; ABŞ prezidenti Donald Tramp çərşənbə günü, avqustun 26-da ABŞ və İran arasındakı müharibənin “tezliklə” başa çatacağını bildirib və Hörmüz boğazının hazırda açıq olduğunu, çoxlu sayda gəminin oradan keçdiyini vurğulayıb.

Tramp jurnalistlərlə söhbətində Hörmüz boğazındakı vəziyyətlə bağlı deyib: “Düşünürəm ki, İranla müharibə tezliklə başa çatacaq, çünki Hörmüz boğazı açıqdır. Hazırda çoxlu sayda gəmi oradan keçir və biz onların keçməsinə icazə veririk.”

O əlavə edib: “Artıq heç bir dəniz minası yoxdur. Ola bilsin, dünən verdiyimiz açıqlamanı görmüsünüz. Bütün minalardan xilas olmuşuq və boğaz hazırda fəaliyyətdədir.”

Tramp İranın hazırkı rəhbərliyinin taleyi barədə də danışaraq İranın rəhbəri Müctəba Xameneinin sağ olduğunu bildirib. Müctəba Xamenei fevral ayında atası, İranın keçmiş rəhbəri Əli Xameneinin öldürülməsindən sonra hakimiyyətə gəldikdən bəri ictimaiyyət qarşısında görünməyib.

 

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar