SON XƏBƏRLƏR

Tramp: Hörmüz boğazı açıqdır, İranın cavabı “çox zəif” olub – Axios

2026.08.28, 14:40
Tramp: Hörmüz boğazı açıqdır, İranın cavabı “çox zəif” olub – Axios

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu və İranın ABŞ-ın bölgədəki əməliyyatlarına cavabının məhdud qaldığını bildirib.

Gunaz.tv

Bu barədə "Axios" məlumat yayıb.

“Bu lənətə gəlmiş boğaz açıqdır. İranın cavabı çox zəifdir”, – deyə Tramp cümə axşamı Axios-a telefon müsahibəsində bildirib.

“Onlar bizim yenidən onlara qarşı hərəkətə keçməyimizi istəmirlər. Bütün məsələ bundan ibarətdir. Qalanının heç bir əhəmiyyəti yoxdur”, – deyə o əlavə edib.

"Axios"un məlumatına görə, ABŞ rəsmiləri minaların təmizlənməsi və kommersiya gəmilərinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş həftələrlə davam edən hərbi əməliyyatlardan sonra su yolu üzərində daha böyük nəzarət əldə etdiyini düşünürlər.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar