SON XƏBƏRLƏR

İran Yəmənə hərbi mütəxəssislər göndərib

2026.08.31, 16:06
İran Yəmənə hərbi mütəxəssislər göndərib

Yəmənin qanuni hökumətinə yaxın mənbələr iyun və iyul aylarında Husi silahlılarının nəzarətində olan ərazilərə 75 İran hərbi mütəxəssisinin gəldiyini bildiriblər.

Gunaz.tv

Bu mənbələr bu mütəxəssislərin Sənaya bir neçə mərhələdə daxil olduğunu və bu əməliyyatın məqsədinin Husilərin hərbi, kəşfiyyat və əməliyyat imkanlarını gücləndirmək olduğunu vurğulayıblar.

Yəmən kəşfiyyat mənbələrinin məlumatına görə, sonuncu qrup, o cümlədən İranın Yəməndəki keçmiş səfiri Məhəmməd Cəlal Firuzniya da daxil olmaqla 25 İran hərbçisindən ibarət olub.

Bu mənbələrə görə, bu qrup, Yəmən hökumət qüvvələrinin təyyarənin Səna hava limanına eniş etməsinə mane olduqdan sonra, 13 iyulda Mahan Air təyyarəsi ilə Hudeida hava limanına gəliblər.

Bildirilib ki, Sepah komandanlığının Sənaya gələn mütəxəssislərinin missiyaları dəniz əməliyyatlarının idarə olunması, raket sistemləri və dronların hazırlanması və Husi milislərinin regional və beynəlxalq müşahidə və ələ keçirmə sistemlərini keçmək imkanlarının artırılmasından ibarət olub.

Bu missiyalara həmçinin Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında əməliyyatların idarə olunmasının da daxil olduğu qeyd olunub.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar