SON XƏBƏRLƏR

Trump ABŞ-ın Hörmüz boğazı yaxınlığında “geniş və güclü” zərbələr endirdiyini bildirib

2026.09.01, 22:14
Trump ABŞ-ın Hörmüz boğazı yaxınlığında “geniş və güclü” zərbələr endirdiyini bildirib

ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığında İranın hədəflərinə “geniş və güclü” zərbələr endirir.

Gunaz.tv

Bunu ABŞ Prezidenti Donald Trump bildirib.

O, hücumların İranın boğaza dəniz minaları yerləşdirmək cəhdinə və İordaniyadakı ABŞ hərbi bazasına səkkiz raket atmasına cavab olduğunu deyib.

Trump "Truth Social"da yazıb: “ABŞ hazırda Hörmüz boğazı yaxınlığında İranın hədəflərinə zərbələr endirir. Zərbələr geniş və güclüdür və iranlıların boğaza dəniz minaları yerləşdirmək istiqamətində uğursuz cəhdinə — hazırda boğazda heç bir mina yoxdur, onların hamısı çıxarılıb və ya partladılıb — və iranlıların İordaniyadakı hərbi bazamıza səkkiz raket atmasına cavab olaraq həyata keçirilir. Raketlərin hamısı uğurla zərərsizləşdirilib.”

O əlavə edib: “Əgər uğursuz İran dövləti bu tamamilə əsaslandırılmış hücuma cavab versə, daha sərt və daha yüksək səviyyədə zərbələrə məruz qalacaq. Lakin bu, bütün hücumların ən böyüyü olmayacaq. Ən böyük hücum hələ baş verməyib və o baş verdikdə, İran İslam Respublikasından çox az şey qalacaq.”

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar