SON XƏBƏRLƏR

İranlı hakerlərdən ABŞ-yə kütləvi kiberhücum

2026.09.02, 17:12
İranlı hakerlərdən ABŞ-yə kütləvi kiberhücum

İranla əlaqəli hakerlər son zamanlar Birləşmiş Ştatların su təchizatı, energetika, telekommunikasiya və digər həyati əhəmiyyətli kritik infrastruktur obyektlərinə kütləvi kiberhücumlar həyata keçiriblər.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "NBC News" telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb.

Kiberhücumların əsas hədəfi internetə qoşulmuş sənaye idarəetmə sistemləri, xüsusən də su təchizatı obyektləri olub. ABŞ rəsmilərinin verdiyi məlumata görə, hücumlara 100-dən çox su təchizatı və çirkab suların təmizlənməsi müəssisəsi məruz qalıb.

Bununla belə, Amerika hakimiyyət orqanlarının nümayəndələri sözügedən kiberhücumlar nəticəsində kritik infrastrukturların fəaliyyətində hər hansı ciddi dayanma və ya ciddi nasazlığın baş vermədiyini bildiriblər.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar