SON XƏBƏRLƏR

Rubio: İran terrorizmi maliyyələşdirmək və nüvə silahı əldə etmək üçün vəsait axtarır

2026.09.02, 22:12
Rubio: İran terrorizmi maliyyələşdirmək və nüvə silahı əldə etmək üçün vəsait axtarır

Tehran pulu İran xalqının həyat şəraitini yaxşılaşdırmaq əvəzinə terrorizmi maliyyələşdirmək və nüvə silahı əldə etmək axtarır.

Gunaz.tv

Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubio bildirib ki, “onlar vəsaiti iki məqsəd üçün istəyirlər: terrorizm və nəhayət nüvə silahına sahib olmaq. Biz buna imkan verə bilmərik”.

ABŞ dövlət katibi Tehranın ölkə daxilindəki vəziyyəti yaxşılaşdırmaq əvəzinə vəsaitlərini “Hizbullah”, “HƏMAS” və İraqdakı silahlı qruplara xərclədiyini deyib.

Rubio deyib ki, “əgər onlar bu milislərə xərclədikləri pulun bir hissəsini, hətta yarısını öz xalqına sərf etsəydilər, İran xalqının vəziyyəti daha yaxşı olardı”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar