SON XƏBƏRLƏR

Netanyahu: İsrail İrana qarşı işini hələ başa çatdırmayıb

2026.09.02, 21:36
Netanyahu: İsrail İrana qarşı işini hələ başa çatdırmayıb

Netanyahu İsrailin İranda yenidən əməliyyat keçirə biləcəyini bildirib.

Gunaz.tv

GunAzTV-nin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İrana qarşı missiyasını hələ başa çatdırmadığını və ölkə qüvvələrinin “istənilən an” İranda yenidən əməliyyat keçirə biləcəyini bildirib.

Netanyahu “i24NEWS” telekanalına müsahibəsində İsrailin İranla qarşıdurmanı davam etdirməkdə məqsədi barədə deyib: “Biz bu rejimi məğlub edəcəyik.”

O, məğlubiyyət dedikdə İran hökumətinin devrilməsini nəzərdə tutduğunu vurğulayıb və İranın vəziyyətini qeyri-sabit qiymətləndirərək deyib: “Elə indi də bu rejim zəif təməllər üzərində dayanır.”

İsrailin Baş naziri Mossad rəhbərinin rolu barədə də bildirib ki, onun rəhbərliyi altında İsrailin bütün qurumları “bu rejimi devirmək və onu məğlub etmək” üçün fəaliyyət göstərir.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar