SON XƏBƏRLƏR

Rubio: Rusiyanın İrana yardımı ABŞ-ın hərəkət imkanlarına mane olmur — Fox News

2026.09.03, 11:31
Rubio: Rusiyanın İrana yardımı ABŞ-ın hərəkət imkanlarına mane olmur — Fox News

ABŞ dövlət katibi Marco Rubio Rusiyanın İrana göstərdiyi yardımın Vaşinqtonun özünü qorumaq üçün zəruri addımlar atmaq imkanına mane olmadığını bildirib.

Gunaz.tv

O, bu fikirləri çərşənbə günü Fox News Radio-nun “The Brian Kilmeade Show” proqramına müsahibəsində səsləndirib.

Rubio deyib ki, “heç kimin İrana verdiyi heç bir şey ABŞ-ın özünü qorumaq üçün zəruri addımları atmaq imkanına heç bir şəkildə mane olmur”.

Dövlət katibi əlavə edib ki, Vaşinqton və Moskva İran məsələsində “eyni mövqedə deyil”. O, Rusiyanın hələ də Ukraynada apardığı müharibəyə böyük diqqət ayırdığını vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isə çərşənbə axşamı İran prezidenti Məsud Pezeşkianla görüşündə bildirib ki, Moskva ABŞ-la müharibə şəraitində olan İrana avadanlıq və digər yardımlar göstərir.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar