SON XƏBƏRLƏR

Tehran meri: Daxili islahatlar aparılmasa, İran daxilindən aşına bilər

2026.09.05, 10:10
Tehran meri: Daxili islahatlar aparılmasa, İran daxilindən aşına bilər

İranın gələcəyi yalnız ABŞ-ın təzyiqlərinə müqavimət göstərməkdən deyil, ölkə daxilindəki ciddi problemlərin həllindən də asılıdır.

Gunaz.tv

Bunu Tehran meri Alireza Zakani bildirib bildirib.

O, əks halda ölkənin “daxilindən aşına biləcəyi” barədə xəbərdarlıq edib.

Mühafizəkar siyasətçi ölkə daxilində üç yanaşmanın müzakirə olunduğunu deyib: Vaşinqtonla anlaşmaq üçün güzəştlərə getmək, daxili problemləri lazımi səviyyədə həll etmədən müqavimət göstərmək və müqaviməti daxili islahatlarla birləşdirmək.

İran İnqilab Keşikçiləri Korpusuna yaxın “Tasnim” agentliyinin məlumatına görə, Zakani deyib: “Müqavimət daxili problemlərə göz yummaq demək deyil. Düşmənə qarşı dayanmaqla yanaşı, ölkə daxilində islahatlar aparmalı və güc quruculuğu istiqamətində irəliləməliyik”.

Onun sözlərinə görə, daxili problemlərin həll edilməməsi İranın “hətta düşmənin müdaxiləsi olmadan belə” qlobal rəqabətdə geridə qalmasına və nəticədə “daxilindən aşınmasına” səbəb ola bilər.

Zakani İranın iqtisadiyyatında, siyasətində, cəmiyyətində və mədəni həyatında problemlərin olduğunu etiraf edib. O, xüsusilə inflyasiyanı, milli valyutanın dəyərdən düşməsini və məzənnədəki kəskin dalğalanmaları qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar