SON XƏBƏRLƏR

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək

2026.09.05, 12:07
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Gunaz.tv

Bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.

Daha öncə yayılan xəbərə görə isə 5 sentyabr tarixində Azərbaycandan Ermənistana 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı göndəriləcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar