SON XƏBƏRLƏR

İranda köhnə mallara tələbat artıb

2026.09.05, 14:06
İranda köhnə mallara tələbat artıb

Sərhəd bazarları vasitəsilə ikinci əl mallara tələbat artıb.

Gunaz.tv

Bu haqda İranın "Ettelaat" qəzeti məlumat yayıb.

Məlumata görə, ikinci əl məişət texnikasının idxalında 40% artım qeydə alınıb.

Son bir ildə məişət texnikasının qiymətinin 2 dəfə artması yeni məhsulların alıcılarını ikinci əl bazarına yönəldib və bu sektorda hökm sürən staqflyasiya mühitini daha da ağırlaşdırıb.

Qeyd olunub ki, məişət texnikası sənayesi ölkənin yeddi əsas sənayesindən biridir və bununla bağlı istehsal və ticarət sektorlarında 5 milyondan çox insan çalışır.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar