SON XƏBƏRLƏR

ABŞ ordusu İranın yerləşdirdiyi minaları gizli əməliyyatla məhv etdi

2026.09.07, 11:03
ABŞ ordusu İranın yerləşdirdiyi minaları gizli əməliyyatla məhv etdi

Son aylarda Hörmüz boğazında ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edərkən, Amerika bu dar və strateji keçidin sularında məxfi xarakter daşıyan bir əməliyyat da həyata keçirib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə mənbələrə istinadla “Financial Times” məlumat yayıb.

Bu əməliyyat barədə məlumatlı mənbələrin sözlərinə görə, ABŞ bu təhlükəli boğazda dörd ay davam edən minatəmizləmə əməliyyatını həyata keçirmək üçün Hərbi Dəniz Qüvvələrinin dalğıclarını, robot qayıqlar və xüsusi sualtı vasitələri göndərib.

“Financial Times”-ın yazdığına görə, suyun altında və qaranlıq şəraitdə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə çətin əməliyyat aparılıb. Məqsəd martın 9-da ABŞ və İsrailin İrana hücumundan sonra gəmilərin bu boğaz vasitəsilə həyati əhəmiyyətli yükləri daşımasına mane olan əsas amillərdən birini aradan qaldırmaq olub.

Müharibə başlayandan bəri Tehran Hörmüz boğazında beynəlxalq sularda və Oman sularında minalar yerləşdirdiyini iddia edib. Beynəlxalq Dəniz Təşkilatı iyunda gəmi marşrutlarında təxminən 80 minanın yerləşdirildiyini açıqlayıb.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar