SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında enerji obyektləri hücumlara məruz qalıb, xəsarət alanlar var

2026.09.08, 11:12
Səudiyyə Ərəbistanında enerji obyektləri hücumlara məruz qalıb, xəsarət alanlar var

Səudiyyə Ərəbistanının cənubundakı bir neçə enerji infrastruktur obyekti sentyabrın 8-i səhər saatlarında hücumlara məruz qalıb. Bir sıra ərazilərdə yanğınlar baş verib, istehsal əməliyyatlarının bir hissəsi müvəqqəti dayandırılıb, xəsarət alanlar var.

Gunaz.tv

Bu barədə krallığın Energetika Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, müvafiq xidmətlər dərhal nəticələrin aradan qaldırılmasına və zəruri tədbirlərin görülməsinə başlayıb.

Hücumlar nəticəsində bir neçə Səudiyyə Ərəbistanı vətəndaşı və ölkədə yaşayan əcnəbi müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlara zəruri tibbi yardım göstərilir. Yaralıların dəqiq sayı açıqlanmır.

"Səlahiyyətli orqanlar hücumların nəticələrinin aradan qaldırılmasını davam etdirir və təsdiq edilmiş əməliyyat planlarına uyğun olaraq obyektlərin və işçilərin təhlükəsizliyinin, habelə fəaliyyətin fasiləsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görür", - nazirliyin məlumatında deyilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar