SON XƏBƏRLƏR

RT: ABŞ Tehrana yeni təkliflər göndərib

2026.09.08, 17:36
RT: ABŞ Tehrana yeni təkliflər göndərib

Gunaz.tv

“Russia Today”in (RT) yaydığı məlumata görə, danışıqlarda yaranmış dalandan sonra ABŞ vasitəçilər üzərindən Tehrana yeni təkliflər göndərib.

Tehrandakı siyasi mənbə bu mediaya bildirib ki, İran Vaşinqtonun “öhdəlikləri dəfələrlə pozmasını” və mövqeyini dəyişməsini əsas gətirərək, cavab olaraq öz şərtlərini vasitəçilərə təqdim edib.

Rusiya mediası RT qeyd edib ki, bu məlumat hələlik Tehrandakı siyasi mənbənin açıqlamasına əsaslanır və Vaşinqton və ya Tehran tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Mənbə ABŞ-ın təklifinin və Tehranın irəli sürdüyü şərtlərin təfərrüatlarını açıqlamayıb. O bildirib ki, vasitəçilər danışıqların bərpası məqsədilə hər iki tərəflə məsləhətləşmələri və əlaqələri davam etdirirlər.

Hazırda bu məlumat yalnız bir siyasi mənbənin açıqlaması səviyyəsindədir və ABŞ və İran hökumətləri tərəfindən rəsmi təsdiq olunmayıb.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar