SON XƏBƏRLƏR

SEPAH komandiri: Qüvvələr sürətli hücum əməliyyatlarına hazırdır

2026.09.10, 11:09
SEPAH komandiri: Qüvvələr sürətli hücum əməliyyatlarına hazırdır

İran ölkənin istənilən yerində “ildırım sürətli hücum əməliyyatları” həyata keçirməyə hazırdır.

Gunaz.tv

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran diviziyasının komandiri deyib.

Həsən Həsənzadə deyib: “Bu gün biz ölkənin istənilən bölgəsinə sürətlə yerləşdirilməyə və istənilən şəraitdə düşməni məhv etməyə hazırıq.”

O əlavə edib ki, keçirilən təkrar hərbi təlimlər qüvvələrin sürətli daşınma və xüsusi əməliyyatlar imkanlarını gücləndirib.

Həsənzadə həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu “İran silahlı qüvvələrini məhv etdiklərini iddia ediblər, lakin bu gün həmin qüvvələr əvvəlkindən daha güclü şəkildə onların qarşısında dayanıb”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar