SON XƏBƏRLƏR

Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib

2026.09.11, 11:20
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabrda keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çatacağını düşünür. O, münaqişənin seçkilərədək bitə biləcəyini də istisna etməyib.

Gunaz.tv

Tramp bu barədə “Fox News” telekanalına müsahibəsi zamanı danışıb.

“Bu, seçkilərdən dərhal sonra başa çatmalıdır. Bəlkə seçkilərədək də başa çatacaq, amma məncə, bu, seçkilərdən dərhal sonra baş verəcək”, - ABŞ lideri əlavə edib.

Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar